“Azərtütün ASK” MMC bu günədək 1653 tondan çox quru tütün istehsal edib

Erməni təxribatları nəticəsində sentyabrın 27-dən etibarən Qarabağ bölgəsində müharibənin yenidən alovlanması, bu təxribatların qarşısının alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən cavab tədbirləri, Azərbaycan Ordusunun zəfər yürüşü, cəbhədən gələn qələbə müjdəli xəbərlər bütün vətəndaşlarımızı, o cümlədən aqrar sahədə çalışanları daha da ruhlandırıb.

Torpaq mülkiyyətçiləri ölkəni bol kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün əzmlə çalışır, arxa cəbhədə fədakarlıq nümayiş etdirirlər.

Hazırda respublikamızın şimal-qərb bölgəsi rayonlarında “Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi davam edir. Bu günədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 12 min 672 tondan çox yaşıl tütün kütləsi daxil olub.

Məhdud Məsuliyyətli Cəmiyyətin şöbə müdiri Mütəllib Mustafayevin verdiyi məlumata görə, tütün istehsalı və emalı məntəqələri indiyədək Şəki rayonu üzrə istehsalçılardan 4 min 376,6 ton, Zaqatala rayonu üzrə 3 min 19,2 ton, Balakən rayonu üzrə 2 min 700,4 ton, Qax rayonu üzrə isə 2 min 575,8 ton yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu rayonlardakı emal məntəqələrində 250 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda, bu günədək emal məntəqələrində 1 min 653 ton 195 kiloqram quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Qeyd edək ki, “Azərtütün ASK” MMC tərəfindən builki mövsümdə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669