Azot gübrəsinin səyyar satışına başlanılıb

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən qəsəbələrdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Azot gübrəsinin səyyar satışında

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, azot gübrəsi əldə edə biləcəklər.

Похожее изображение

Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəki və Oğuz  rayonlarından start verilib.

Mövsüm başa çatmamış əhalinin azot gübrəsi ilə təmin olunması ilə əlaqədardir. İlk səyyar satışlar fevral ayının 22-də Şəkinin Aşağı Göynük, fevral ayının 23-də isə Oğuz rayonun Xaçmaz kəndində həyata keçiriləcəkdir.

Adları qeyd edilən bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana biləcəklər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün bu hiperlinkə keçin.

Mənbə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669