Azərbaycanda ümumi daxili məhsul 4%-ə qədər azalıb

“Agroexpert.az” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov AzTV-nin efirində çıxış edərək bu fikirləri səsləndirib:

“Bu ilin əvvəlində biz gözlənilmədən çox ciddi xarici şoklarla üz-üzə gəldik”.

“Bütövlükdə koronavirus (COVID-19) pandemiyası, iqtisadi fəaliyyətin məhdudlaşdırılması, neft qiymətlərinin aşağı düşməsi, neft hasilatının azalması ilə bağlı OPEC+ sazişinə qoşulmağımız və sentyabr ayından Ermənistanın hərbi təcavüzü, təbii olaraq iqtisadiyyat üçün ciddi sınaq, ciddi şokdur. Ancaq hazırda iqtisadi terminologiya ilə desək, milli iqtisadiyyat ideal ştorm vəziyyətindədir.

Lakin vaxtında görülən tədbirlər, atılan addımlar bu gün imkan verir ki, Azərbaycan bu şokları minimallaşdırsın. Bu gün bizim iqtisadiyyatımız özünü normal hiss edir və biz tam olaraq makroiqtisadi sabitliyi qoruya bilmişik. İllik inflyasiya 3%-dən aşağıdır, milli valyutamız başqa ölkələrin valyutalarından fərqli olaraq sabitliyini qoruyub saxlaya bildi. ÜDM-nin baza sahələrində həm sənayə, həm də kənd təsərrüfatına əhəmiyyətli artıma nail olduq. Biz makroiqtisadi sabitliyi saxlamaqla və iş yerlərini qorumaqla, bütövlükdə gələn il iqtisadi artımı bərpa etmək və sürətləndirmək üçün yaxşı bir plastarm saxlamışıq”.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 074 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsinə istinadən “Agroexpert.az”  xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% azdır.

Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 4,7% azalaraq 5 222,5 manat olub.

9 aylıq ÜDM-in 36 319,6 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun, 15 754,4 milyon manatlıq hissəsi isə neft-qaz sektorunun payına düşüb. Bu, illik müqayisədə müvafiq olaraq 2,4% və 6,4% azdır.

ÜDM istehsalının 34,7%-i sənaye, 11,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 6,3%-i tikinti, 2%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil edib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669