Badam ağacı haqqında maraqlı məlumatlar və yetişdirilməsi

Badam ağacının xüsusiyyətləri və yetişdirilməsi

Badam becərməklə yüksək gəlir əldə etmək mümkündür.Çünki bu məhsulun pərakəndə satış qiyməti bir çox çərəz növlərindən dəfələrlə yüksəkdir. Bu məqalədə badamın tarixi, necə yetişdirilməli olduğu və xüsusiyyətləri haqqında danışacağıq.

badam ağacı agroexpert.az

Badam yetişdirmək mövzusuna başlamazdan əvvəl, badamın tarixindən haqqında danışaq. Badamın ilk olaraq Çində və Orta Asiyada becərildiyi təxmin edilir. Lakin Misirdə krallara da servis edildiyi bilinir.

Badam ağacı və məhsulu ilə İpək Yolundakı ticarət və kəşfiyyat səfərləri zamanı tanış oldular. Sonradan bu ağac İtaliya və İspaniyada yetişdirilməyə başlandı. 1700-cü illərdə İspaniyadan Kaliforniyaya gətirildi. Bu gün Kaliforniya ən çox badam becərilən bölgə adını qazanıb.

Badam ağacının adı hətta İncildə də qeyd olunur. İndi Amerikada toylarda badam şəkəri verilir. Badam xoşbəxtlik simvolu kimi qəbul olunur.

Adi badam yabanı halda Güney Qafqazda, Orta Asiya, Əfqanıstan, İran və Kiçik Asiyada yayılmışdır. Azərbaycan ərazisində də yabanı halda vaxtilə geniş yayılmışdır. Hazırda Naxçıvanda Şahbuz rayonunun Badamlı qəsəbəsinin ətrafında və dağlıq hissələrdə qalmış badam meşəlikləri burada çox qədimdən böyük badam meşəliklərinin olmasına dəlalət edir.

Badam adi halda 6-10 m hündürlükdə oval, ehram, yumurtavari, kürə, sallaq şəkilli çət­rə malik ağacdır. Bəzi formaları (Naxçıvanda Daş badam) 16-20 m-ə qədər hündürlüyə çatır.

Ədəbiyyat məlumatına əsasən dünyada becərilən sənaye badam bağlarının sahəsi 5 milyon hektara bərabərdir və əsasən geniş şəkildə İtaliya, Portuqaliya, İspaniya, Mərakeş, Türkiyə, İran, Fransa və digər Aralıq dənizi ölkələrində, MDB ərazisi üzrə isə Orta Asiya və Cənubi Qafqaz ölkələrində becərilir.

Azərbaycanda sənaye həcmində badam ağacları əsasən Abşeron yarımadasında  becərilir.

Badamın sortları çoxdur və onlar ləpənin dad, forması, qabığının qalınlığına görə bir birindən fərqlənirlər.

Badam ağacı necə əkilir

Əvvəlcə torpağınızı badam ağacı əkmək üçün hazırlayın.Torpaq yaxşıca suvarılmalıdır.Drenaj prosesindən sonra 4 metr məsafə ilə torpağı qazın.Bu çuxurların eni aldığınız fidanların eninə bərabər olmalıdır.

Badam ağacının əkilməsi üçün ən ideal mövsüm payızdır. Payızda əkdiyiniz badam ağacı soyuqlara qarşı dözümlü olacaq. Eyni zamanda, payızda əkilən ağacda tozlanma baş verir.

Bitkini əkmədən əvvəl kökləri su ilə qovuşdurun.Bu mərhələ köklərin nəfəs almasına kömək edir. Kökləri çuxurda yerləşdirdikdən sonra torpağı örtün və üzərinə bir az gübrə əlavə edin. Gübrə əlavə etdikdən sonra onu sulayın. Bu fidanların torpağa daha möhkəm bağlanmasına kömək edəcək. Əlbəttə ki, fidanları küləkdən qorumaq üçün yuvalarla örtməlisiniz.

Badam, toxum və göz calağı ilə artırılır. Toxumla artırma calaqaltı yetişdirmək və seleksiya məqsədi güdür. Badam üçün calaqaltı olaraq badam toxmacalarından, qismən isə ərik, alça, şaftalı toxmacarlarından istifadə edilir. Bütün hallarda badam üçün ən yaxşı calaqaltı daşbadam sayılır. Calaq yayda (iyul-avqust) aparılır. Birillik tinglər payızda çıxarılıb, bağ salmaq üçün göndərilir.

Ardı var.. Badam bağlarının salınması, ağaclara qulluq və s. məlumatları növbəti məqaləmizdə oxuya bilərsiniz.

Bağçılıq haqıqnda daha ətraflı məlumatlar əldə etmək üçün bu linkə daxil ola bilərsiniz.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673