Badam bağının salınması və qulluq

Ötən məqaləmizdə badam ağaclarının xüsusiyyətləri, yetişdirilməsi, əkilməsi haqqında kifayət qədər məlumat təqdim etmişdik. Bugün isə o məqalənin davamı olaraq badam bağlarının salınması, badam növləri, gübrələnməsi və digər maraqlı məlumatları qeyd edəcəyik.

badam bağları - bağların salınması agroexpert.az
Badam bağının salınması

Badam bağı üçün sahə, dərin plantaj şumu (60 sm)  aparıldıqdan sonra, hamarlanır və 8-12 hektarlıq cərgələrə (sərnələrə) bölünür. Bitkilər işığa yüksək tələbkar olduqlarından qida sahəsi 7-8×7-8 m verilir. Əkin payızda aparılır.

Dəmyə şəraitdə cərgə araları qara herik (payız şumu), suvarılan şəraitdə isə gövdə ətrafı boş qalmaqla, siderat bitkilər və ya çox illik ot bitkiləri (çəmən sistemi) altında saxlanır. Suvarılan rayonlarda bağ, il ərzində 4-5 dəfə suvarılır. Suvarma erkən yazda, çiçəkləmədən sonra, meyvə yetişən ərəfədə, meyvələr yığıldıqdan sonra payızda aparılır.

Badam bitkisinin bioloji xüsusiyyətləri, torpaq və iqlim şəraitinə az tələbkarlığı onun respublikanın əksər rayonlarında geniş becərilməsinə, əkin sahələrinin 1500-2000 hektara, meyvə istehsalının isə 2000 tona çatdırılmasına imkan verir.

Yeni salınan badam bağları əsasən 3-4-cü ildən başlayaraq məhsul verməyə başlayır. Yeni badam bağlarının salınması üçün birinci il 10-12 min manat vəsait qoyuluşu tələb olunur və tam məhsula düşmüş badam bağının hər hektarından qulluq işlərinin səviyyəsindən asılı olaraq ildə 2500-2800 manat mənfəət əldə etmək mümkündü.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2016-cı ildə Azərbaycan Respublikasında  badam bağlarının ümumi sahəsi 477.4 ha, ondan bar verən bağların sahəsi 436.3  ha olmuş, bu bağlardan  1099,9 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 25,2 s/ha təşkil etmişdir.

Bu ağac ciddi qulluq tələb edir. Badam ağacı əkildikdən sonra budama, gübrələmə və suvarmaya ehtiyac duyur.

Gübrələmə üçün, baharın əvvəlində hərəkətə keçə bilərsiniz.Torpaqda lazımi ölçmələr apardıqdan sonra, lazım olan gübrəni torpağa əlavə edin. Bu şəkildə meyvə vermə mərhələsində yüksək məhsul əldə edəcəksiniz.

badam ağacı agroexpert.az

Badam ağacları mülayim iqlimdə yetişirlər.Kökdə su yığılmadığı müddətcə suyu sevirlər. Xüsusən tropik iqlimlərdə çox məhsuldar olurlar. Yəni yağış və günəşli mühit badam üçün idealdır. Buna görə, torpağın suvarılmasına laqeyd yanaşmayın.

İldə iki dəfə budama etməlisiniz. Həm payız, həm də yazın əvvəlləri budama üçün ideal təqvimlərdir.. Ağaclarınızı xəstə və ölü budaqlardan təmizləyin. Böyümənin şaquli deyil, geniş olmasını təmin edin, bədən eni budama ilə artacaq.

Məhsulun toplanması

Yayın sonundan oktyabrın əvvəlinə qədər olan müddət məhsul yığmaq üçün ən ideal zamandır  Amerikada ağac silkələmə prosesini edən xüsusi maşınlar da var. Bu şəkildə, yetişmiş meyvələr budaqlarından tökülür. Başqa sözlə, tamamilə təbii bir toplama mühiti yaranır. Yığıldıqdan sonra, yağış yağmırsa, 1 gün gözləmək məsləhətdir.

Badam ağacı neçə kilo məhsul verir

Badam ağacının bir ildə nə qədər məhsul verəcəyi budama işlərinə bağlıdır.Ən ideal və ya ən səmərəli budama vaza formasında edilir. Bu növ budama ilə yetişmiş badam ağacından hər il 45-60 kilo məhsul əldə etmək mümkündür.

Badam növləri

Badam çeşidləri və növləri qabığının sərtliyi və yetişdirildiyi iqlimə görə bir-birindən ayrılır. Yumşaq qabığı olanlara Kaliforniya badamı, sərt qabıqlılara isə  ispan badamı deyilir. Əlbətdə hamısının Latınca adlarıı var.

Ən çox yetişən badam növləri bunlardı:

Marcona, Mollar De Tarragona, Desmayo Largueta, Tuono, Ferraduel, Ferralise, Verdal, Nonpareil, Mamra, Gurbandi və California Badamı.

Respublikamızda əsasən Nikitskiy-62, Norparel, Prinsessa, Krimskiy, Kağızqabıq, Sarayı, Abşeron-1, Mərdəkanlı rayonlaşdırılmış və perspektivli Adi badam sortları becərilir.

Badam ağacının xüsusiyyətləri

Badam ağacları mülayim iqlimlərdə böyüyür.Onlar şaftalı, gavalı və ərik ilə eyni ailədəndirlər. Bu növlər arasında calaq etmək mümkündür. Badam istiyə tələbkar bitkidir. Lakin şaxtaya da davamlıdır. 30-35° şaxtaya davam gətirə bilir. İşığa yüksək tələbkardır. Sıx əkinlərdə boyu zəifləyir, məhsuldarlığı aşağı düşür. Torpağa tələbkar deyil. Müxtəlif tipli, yaxşı havalanan torpaqlarda normal inkişaf edir.

Badam ağacları orta hesabla 6-8 metr hündürlüyə çata bilər. 8 yaşında isə lazımi yetkinliyə çatırlar. Bəzi ağaclar 50 yaşına qədər yaşaya bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107