Badımcan mürəbbəsinin hazırlanması

Badımcançiçəklilər fəsiləsindən olan badımcanın tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər (3,2 %) olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları vardır.

İstisevən birillik bitki olan badımcan əsasən Moldaviya, Orta Asiya və köhnə Zaqafqaziya respublikalarında yetişdirilir. Quruluşca iri meyvə olub qabıqla örtülüdür. İçərisində qalın ətli hissəsi və çoxlu tumu var. Həm qabıqlı, həm qabıqsız halda istehlak olunur.

Tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5-0,7% pektin maddəsi, 0,0044-0,093%-ə qədər solanin qlükozidi olan badımcan çox faydalı qidadır. Yetişmiş badımcanın tərkibində solanin qlükozidi körpə olanlardan daha çoxdur. 0,8-3,7% nişasta əsasən kal badımcanın tərkibində olur.

Badımcan bitkisi tərəvəzin ölçüsünə və formasına görə qruplaşdırılır.

  • Uzunluğu 8-10 sm, diametri 5-7 sm olan xırdameyvəli armudaoxşar badımcanlar,
  • irimeyvəli armudaoxşar badımcanda isə uyğun olaraq 10-18 və 8-13 sm-dir.
  • 10-25 sm, diametri isə 5-8 sm olan silindrformalı orta və iri ölçülü badımcanlardır.

Meyvə çəkisi 50 qr-dan 100 qr-a qədər (bəzən 2000 qr-a qədər) olur. Əsaən 100-300 qr irilikdə dərilir.

badımcan mürəbbəsi resepti hazirlanma qaydasi

Badımcandan müxtəlif yeməklər bişirilir, turşular hazırlanır. Əsasən yeməkləri ilə məhşur olan badımcandan həm də mürəbbə hazırlanır. Sizlərlə bu dəfə badımcan mürəbbəsi bişirəcəyik.

Tələb olunan məhsullar
  • 6-7 kiçik badımcan
  • 2 stəkan toz şəkər
  • 2 stəkan su
  • 1 yemək qaşığı limon suyu
  • 1 limon duzu (kiçik bir parça)
Badımcan mürəbbəsinin hazırlanma qaydası

Badımcanların qabığını səliqəli bir şəkildə soyun. Saplaq hissələrini çıxarın, ortadan dördə bölün.

Badımcanların acılığı və qara suyunun çıxması üçün duzlu suyun içərisində 15 dəqiqə qədər saxlayın.

Sonra duzlu suyun içindən çıxarıb içi su dolu bir qazanın içinə atın. Suya limon duzu əlavə edin və çox yüngülləşənə qədər bişirin.

Bir az yumşaldıqda badımcanları qazanın içərisindən çıxarıb təmiz bir parçanın (dəsmalın) üzərində qurulayın.

Quruduqdan sonra yenidən qazana qoyun. Şəkər və su əlavə edib az qatılaşana qədər bişirin. Bişənə yaxın limon suyu əlavə edin və sonra bir az da qatılaşana qədər bişirin.

Sonra sobanın üzərindən götürün və otaq temperaturunda soyudun. Soyuduqdan sonra bankaya yığın. Qapağını örtərək sərin və quru yerdə saxlamaq uyğundur.

Qeyd edək ki, dadlandırıcı olaraq mürəbbənin içərisinə mixək, qərənfil, darçın kimi ədviyyatlardan az miqdarda əlavə edə bilərsiniz. Badımcanların sərt və xırda olanlarını seçməyiniz uyğundur.

Nuş olsun!

Digər reseptlər…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!