Bağban məhsulu xarici bazarlara da göndərilir

Ağdaş rayonunun Ləki kənd sakini Baqi Şıxməmmədov uzun illərdir ki, bağçılıqla məşğuldur və fərdi təsərrüfatında heyva yetişdirir.

Ağdaşlı fermer yetişdirdiyi heyvanı xaricə də göndərir

heyva meyvəsi Ağdaş torpağının heyva ağacı üçün əlverişli olduğunu bildirən B.Şıxməmmədov heyvanı bütün meyvələrin şahı adlandırıb.
Hər ilin payızında, bu meyvənin yetişdiyi oktyabr ayında müxtəlif yerlərdən sifarişlər aldığını deyən bağban məhsulu yerli bazarda satmaqla yanaşı, xarici bazarlara, xüsusən Rusiyaya da göndərir.

Hayva meyvəsi insanın organizmi üçün çox faydalıdır. Məsələn, hayvanın qeyri-adi xoş ətri insanda gözəl əhval- ruhiyyə yaradır.
Xəstəliklərin bir çoxu dərmanıdır. Hayva ta qədimdən Şərq ölkələrində becərilən və xalq təbabətində istifadə olunan meyvədir.

Heyvanın tərkibi nə ilə zəngindir?

Tərkibi vitaminlərlə zəngin olan heyvanın yarpaqlarını qurudub çay kimi dəmləyərək ürəkağrısında sakitləşdirici dərman kimi içirlər. Meyvəsinin mürəbbəsi ürək zəifliyində qüvvətləndirici, həzm prosesini yaxşılaşdıran dərman kimi çox xeyirlidir.

Bağbanın sözlərinə görə, orqanizmdə gedən qocalma prosesini ləngidən heyvanın nadir antivirus xüsusiyyətləri var ki, bu, qrip və soyuqdəymədə istifadə olunur. Bu zaman heyva az miqdarda suda bişirilməli və su ilə birlikdə qəbul edilməlidir. Ümumiyyətlə, heyvanı kompot, mürəbbə, şirə, buğda və ya suda bişirilmiş halda qəbul etmək daha yaxşıdır.

Heyvanın qədim zamanlardan kosmetologiyada, o cümlədən onun şirəsindən yağlı dərinin təmizlənməsində və çillərlə mübarizədə istifadə edildiyini söyləyən B.Şıxməmmədov hazırda mövcud olan 0,30 hektar bağı genişləndirməyi nəzərdə tutduğunu bildirib.

Qeyd edək ki, Ağdaş rayonunda gəlirli sahə hesab olunan heyvaçılığın inkişafı və məhsul istehsalının ildən-ilə artırılması daim diqqət mərkəzində saxlanılır.

heyva meyvəsiƏvvəllər heyvaçılıq rayonu kimi tanınan Ağdaşın bu meyvə ilə bağlı şöhrətinin geri qaytarılması üçün mühüm işlər görülür. Kəndli fermerlər və fərdi təsərrüfat sahibləri heyva bağlarını ildən-ilə genişləndirməklə və ağaclara düzgün aqrotexniki qulluq göstərməklə daha çox məhsul istehsal etməyə nail olurlar.

Heyvaçılıq rayonun Orta Ləki, Aşağı Cardam, Güvəkənd, Yenikənd kəndlərində əhalinin əsas gəlir mənbəyi sayılır.

Kəndlilər heyvanın 15 sortunu yetişdirirlər:

  • “Bəhram”;
  • “Cardam”;
  • “Kamil”;
  • “Əppək”;
  • “Armudu”;
  • “İyli”;
  • “Almalı”;
  • “Bardaq”.

İnsan sağlamlığı üçün xeyirli meyvə olan heyva ağacının yarpağından, çiçəyindən, meyvəsindən və çəyirdəyindən 10-a yaxın xəstəliyin müalicəsində istifadə edilir.

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика