agroexpert.az gul - bagca gulleri
Bağçılıq

Bağçanızda görmək istəyəcəyiniz fərqli güllər

Bağ-bağçanın rəngli, ətirli – xoş görünüşlü olması hər kəs tərəfindən arzu olunandır. Lakin bağçaya qulluq qaydaları, əkilməli olan bitki növləri, istifadə olunan dekorativ əşyalar hər kəs tərəfindən doğru seçilmir. Bu proses bütünlüklə xüsusi, diqqət, qayğı və zəhmət tələb edən bir işdir. Bütun bunlar içərisində ən önəmlisi isə doğru bitki-gül növünün seçilməsi, onun əkilməsi, qulluq qaydalarıdır. Hər bir ərazinin torpağına, havasına, təbiətinə uyğun bitki növləri əkilməlidir.

Bu gün sizlərə 3 gül növündən bəhs edəcəyik.

Bu güllərin xarakteristikası ilə tanış olandan sonra, inanırıq ki, hər kəs bütün çiçəklərin ayrı özəlliklərə, baxım şəraitinə məxsus olduqlarını unutmayacaq.

gül - qaura

Qaura (Gaura) – “Arı çiçəyi” kimi adlandırılan bu bitkinin 22-dən çox növü var. Növündən asılı olaraq onlar birillik, ikiillik və çoxillik ola bilər. Gövdəsi 1.5 metrə qədər uzanır. Gövdəsinin aşağısından başlayan yarpaqların sayı gövdənin sonuna yaxınlaşdıqca azalır. Hər bir çiçəyində ləçəklərin sayı 4, bəzi hallarda isə 3 olur. İnkişaf prosesindən asılı olaraq çiçəklərinin rəngi tünd və ya açıq çəhrayı rənglərdə olur.Daha az qayğıya ehtiyacı olan Quara, gündə minimum 5 saat günəş işığı qəbul etməlidir. Yay aylarında, isti yaz və ya payız aylarında həfətə bir dəfə olmaqla sulamaq kifayətdir. Torpağının daima nəm olması onun zəif inkişafına mənfi təsir göstərə bilər. Bu səbəbdən, bu bitki gübrə tələb etmir. Əsasən yaz və yay fəsillərində inkişaf edir.

güller - qaura

Seloziya(Celosia) – Bu bitkinin vətəni qərbi Afrikadır. Bu bitkinin müxtəlif növlərinin ümumi adı “ipəkçiçəklilər” kimi təsadüf olunur. Əksər növləri birillik, bəzi növləri isə ikillikdir. Əsasən yaz aylarında çiçəklənməyə başlayan bu bitkinin çiçəkləri çəhrayı, sarı, açıq və tünd qırmızı rənglərdə olur. Gün ərzində minimum 4-5 saat günəş işığı tələb edən bu bitkinin torpağı az miqdarda nəm saxlanılmalıdır. Ayda bir dəfə torpağına maye şəklində gübrə verilməsi onun məhsuldarlığının artmasına kömək edə bilər. Əsasən yaz və yay aylarında çiçəkləyir.

inci çiçəyi - gül

İnci çiçəyi (Convallaria Majalis) – xalq arasında May çiçəyi kimi tanınan inci çiçəyi, Zambaqkimilər fəsiləsinə aiddir. Daha çok İstanbul, İzmir və Toros dağlarının olduğu bölgələrdə bitən, balaca ağ çiçəkli ve gözəl ətirli bir çiçəkdir. 15-30 sm hündürlüyündə olan inci çiçəyinin kiçik qırmızı yemişləri vardır və zəhərlidir. İnci çiçəyi kölgəli və rütubətli yerləri sevir. Salxımlar formasında böyüyən ağ çiçəkləri, onun dekorativ bitki olaraq istifadəsi edilməsi üçün idealdır. İnci çiçəyi kök, gövdə, saplaq, yarpaq və çiçəkləri, yapışqan bitki mayedən ibarətdir. Çiçəklərindən ətir istehsalında istifadə olunur. Eyni zamanda sağlamlığa, xüsusilə də ürəyə və qan dövranına faydalıdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!