Bağçılıq Tövsiyyələr

Bağın suvarma müddətləri və aqrotexniki tədbirləri

Bağçılığın intensiv inkişafında istifadə edilən mühüm aqrotexniki tədbirlərdən biri də torpaqda su rejiminin  tənzim edilməsidir.

Suvarma müddətləri

suvarma muddetleriBağın suvarma müddətləri ağacların inkişaf mərhələsindən və havanın iqlim şəraitindən asılıdır.
Vegetasiya dövründə bitkinin suya olan ehtiyacı sabit olmur, çünki bitkinin daxilində gedən mürəkkəb fizioloji və bioloji proseslər eyni getmir. Ona görə də bitkinin hər inkişaf mərhələsində aparılan suvarmanın məqsədi də eyni deyildir.
Erkən yazda aparılan suvarmanın əsas məqsədi ağacın kök hissəsində fəal köklərin inkişafına və onların miqdarının artmasını şərait yaratmaqdadır.
Meyvə ağaclarının kök sistemində istirahət dövrü olmadığından köklər il boyu inkişaf edir.
Fevral ayının ikinci yarısından başlayaraq kök sistemində fəal köklərin çoxalma prosesi sürətlənir. Ona görə də erkən yazda ağacların suya ehtiyacı da artır. Bu zaman suvarma gecikdikdə ağacların çiçəklənməsi dövrünə qədər lazımi miqdarda fəal köklər əlavə edilir. Bu da öz növbəsində çiçəklərə suyun və qida maddələrinin daxil olmasını məhdudlaşdırır. Bunun nəticəsində çiçəklər kütləvi şəkildə tökülməyə başlayır.
Payız-qış suvarmasının ağaclar üçün böyük əhəmiyyəti vardır. Bu suvarma torpaqda münbitlik yaradır və gələn il üçün xeyli su ehtiyatı toplayır. Payız-qış ehtiyat suvarması yüksək suvarma norması ilə (1000-1200 m/ha) aparılmalıdır.

Suvarma norması

suvarma muddetleri 2Bir hektar sahəni bir dəfə suvarmaq üçün verilən əkin suyunun miqdarına suvarma norması deyilir və kubmetrlə ölçülür. 

Çoxillik təcrübələr nəticəsində alma bağları üçün aşağıdakı təxmini suvarma norması məsləhət görülür:
1.Erkən yaz ehtiyat suvarmasında (hektara 600-700 kubt metr).
2.Çiçəklənmədən əvvəl, ya çiçəklənmədən sonra aparılan suvarmada (500-600 kub metr).
3. Güclü vegetativ boyatma dövründə (800-900 kub metr).
4. Çiçək tumurcuqlarının diferensiyası dövründə (500-600 kub metr).
5. Meyvələr rəng alan dövrdə (700-800 kub metr).
6. Payız-qış ehtiyat suvarmasında (100-120 kub metr).
Düzgün aparılmış payız-qış ehtiyat suvarması 2-3 vegetasiya suvarmasına bərabərdir. Hər bir təsərrüfat suvarılan sahələrdə əkin suyunun hesabatını aparmalıdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: