Bağınızda bitkilərə sirkə verməyin FAYDALARI

Hər dərdə dərman sirkə bitkilərə də yaxşı təsir edir.  Agroexpert.az  sirkənin hər bağ üçün bir neçə əvəzolunmaz  xüsusiyyətlərini təqdim edir. Bitkilərə sirkə verməyin faydaları…

Sirkə bağda necə istifadə edilir?

Yabanı otlardan xilas olmaq üçün kimyəvi maddələrə pul xərcləməyin. Bunun əvəzinə bitkilərin üzərinə sirkə tökməyi təcrübədən keçirin. Sirkənin tərkibində olan sirkə turşusu artıq otların böyüməsini dayandırır və torpağa zərər vermir. Eyni ölçüdə olan sirkə və su qarışığı qarışqaları və gəmirici heyvanları həyətinizdən uzaqlaşdırır. Təzə çiçək buketini qoyduğunuz vazanın suyuna 2 xörək qaşığı sirkə və 1 çay qaşığı şəkər tozu  qoyun, güllər  daha uzun bir müddət təzə qalacaq.

Sirkə qarışqaları qovur

Sirkə ən yaxşı və təbii həşərat qovucudur. Bağlı bölgələrə püskürdün və qarışqalar yox olsun. Bir neçə gün sonra təkrarlayın və bir daha bu yerlərdə heç vaxt qarışqa görməyin.

Meyvə milçəklərini təmizləyir

 Yarım stəkan alma sirkəsi, 1 xörək qaşığı bal, 1 stəkan su və 5 stəkan şəkər tozunu qarışdırın. Qarışığı bir qaba tökün və meyvə verən ağacdan asın. Meyvə milçəkləri bu mayeyə hücum edəcək və içində tələyə düşəcəklər.

Göbələyə qarşı mübarizə aparır

Əgər bitkilər sürətli böyümürsə və ya köklərində, ya da yarpaqlarında tünd ləkələr varsa, bu  kif və ya göbələklərdir. Sirkə bunlardan da xilas olmağınıza köməkçi olur. 2 çay qaşığı sirkə ilə çobanyastığı çayını qarışdırın. Qarışığı bitkilərin üzərinə püskürdün və göbələklərdən, kifdən təmizləndiyini görün. Güllər isə başqa bir texnika tələb edir: 3 çay qaşığı alma sirkəsini 4 litr su ilə qarışdırın. Göbələkdən xilas olmaq üçün bu qarışıqla güllərinizi ovun.

Bitkilər haqqında digər məqalələrə bu bölməmizdən baxa bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!