Bakı mətbəxinin dadlı “Qəlyə” yeməyi (RESEPT)

Dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biri Azərbaycan mətbəxidir. Hər bölgənin özünəməxsus ləziz yeməkləri mövcüddür. Paytaxtımız Bakının mətbəxi isə rəngarəng və çeşidli xörəklərlə fərqlənir. Agroexpert.az bu gün Bakı mətbəxinin ən qədim yeməklərindən Qəlyənin reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq təmizlənmiş balqabaq
  • 2 ədəd soğan
  • 150 qr qaragöz lobya
  • 100 qr ərinmiş kərə yağı
  • duz, istiot
  • sarıkök, şəkər tozu

Üzəri üçün:

  • nar dənələri
  • narşərab

Qəlyə yeməyinin hazırlanma qaydası:

İlk öncə gecədən isladılmış lobyanı bişirin. (Lobyanı bişirdiyiniz suya azca duz əlavə edin). 2 ədəd soğanı kub şəklində doğrayın. Balqabağın qabığını soyun və kub şəklində doğrayın. Doğranmış soğanı kərə yağında qovurun. Üzərinə duz və sarıkök əlavə edib qızaranadək bişirin. Qızaran soğanları geniş bir qazana tökün. Doğranmış balqabağı da tavada azca kərə yağında 1-2 dəqiqə qovurun. Üzərinə 1 çay qaşığı şəkər tozu, zövqə görə istiot, duz əlavə edin. Qovrulan balqabaqları da geniş qazana soğanların üzərinə töküb qarışdırın. Üzərinə bişmiş qaragöz lobyanı da əlavə edin. Qazanın qapağını örtüb 20 dəqiqə vam odda bişməyə qoyun. Balqabaqlar bişdikdə yemək hazırdır. Yeməyi boşqaba çəkin və üzərinə nar dənələri səpin və nar şərabıyla birgə süfrəyə verin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!