Bakıda 3000 manata dünyanın ən kiçik meymunu satılır

Bakıda sosial şəbəkələrin birində barmaq meymunu 3000 manata sifarişlə 5 günə gətirildiyi haqqında elan verilib. Agroexpert.az sevimli heyvan kimi barmaq meymununu saxlamaq istəyənlər üçün bu növ meymun haqqında araşdırmanı təqdim edir.

barmaq meymun

Barmaq meymun, ya da cırtdan ipək meymunu Cənubi Amerikadakı yağış meşələrində (Braziliya, Kolumbiya, Ekvador, Peru və Boliviya) yaşayan kiçik bir meymun növüdür.

Dünyanın ən kiçik meymunu adıyla tanınan barmaq meymunun ağırlığı 100 qramdan bir az artıqdır.

Barmaq meymunlar daha çox 2-9 arasında dəyişən sayda qruplar halında yaşayırlar. Qrupa dominant kişi liderlik edir. Qruplar adətən ailə üzvlərindən ibarət olsa da , bəzi hallarda 1-2 ailədən kənar yetişkin meymun da qrupa üzv ola bilər. Qrup üzvləri qarışıq bir səs, kimyəvi və işarələr sistemi vasitəsi ilə ünsiyyət qururlar.

Barmaq meymunların bədənlərinin uzunluqları 11.7 -15.2 santimetr arasında dəyişir, bədənlərindən daha uzun olan quyruqlarının uzunluqları isə 17.2 – 22.9 santimetr arasındadır. Orta hesabla yetişkin bir barmaq meymunun ağırlığı 100 qramdan bir az artıqdır. Meymunun bədəni tünd qəhvəyi, qızılı rəngi, narıncı, boz, ağ və qara tüklərdən ibarətdir.

Başlarını 180 dərəcə döndərən bu növ meymunlar, sahib olduğu pəncəyə bənzər iti dırnaqları ilə ağaclara rahatlıqla dırmaşa bilirlər. Dörd ayaq üstündə gəzən bu meymun növü, budaqlar arasında 5 metrə qədər olan məsafələri tullanaq keçir. Balaca meymunlar daha çox ağac qatranı qidalanırlar, bundan başqa həşəratlar və meyvələrlə də qidalanırlar.

Barmaq meymunların müəyyən cütləşmə dövrü yoxdur, ildə bir dəfə əkiz və ya iki ayrı doğuşu gerçəkləşdirirlər. Barmaq meymunlar adətən monoqamdırlar (bir fərdin yalnız bir əks cinslə yaşaması).

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107