Bakteriyaların maraqlı sirri – “Yağış qoxusu” effekti

Bioloqlar “yağış qoxusu” köməyi ilə ibtidai buğumayaqlılar bəzi digər həşəratları özünə cəlb edən torpaq mikroblarının bir neçə növünü aşkar ediblər. Bu bakteriyalar belə edərək həmin canlılar tərəfindən yeyilirlər və sonradan öz döllərinin ətrafa yayılmasını təmin edirlər.

Bu maraqlı simbioz haqqında daha ətraflı “Nature Microbiologiya” elmi jurnalındakı məqalədə məlumat verilir.

Alimlər deyir ki, streptomisetlər cinsindən olan bir çox bakteriya özünəməxsus “yağış qoxusunun” əsasını təşkil edən iki növ uçucu maddə istehsal edirlər. Hər kəs yağışdan sonra tarlada və torpaq sahələrində bu qoxunu hiss edə bilər. Mikrobların bu qoxudan istifadə edərək buğumayaqlıların diqqətini cəlb etdiyi məlum  olub.

Alimlər mikrobların çoxlu miqdarda uçucu molekul əmələ gətirdiyini çoxdan kəşf ediblər. Onların bir çoxu həyatlarının adi məhsuludur, digərləri isə bakteriyaların ətrafdakı “qonşularına” ötürdüyü siqnal rolunu oynayır. Məsələn, ölü heyvanların cəsədlərinin parçalanmasında iştirak edən mikroorqanizmlər demək olar ki, bütün çoxhüceyrəli heyvanları qorxudan çox miqdarda iki zülal, “cadaverine” və “putrescine” maddələrini çıxarır.

Lund Universitetinin (İsveç) professoru Klas Flerd başda olmaqla bir qrup bioloq, özünəməxsus bir “yağış qoxusunun” əsasını təşkil edən bu cür maddələrin başqa növlərinin rolu ilə maraqlandı. Bu molekullar “geosmin” və “2-metilizoborneol” adlanır. Onları streptomisetlərdən cinsindən olan bir çox torpaq mikroblarını ifraz edir.

Elm adamları “yağış qoxusunun” məlum streptomiset növlərinin təxminən yarısının istehsal etdiyini və hər növ bakteriya üçün aromatik molekulların əhəmiyyətli dərəcədə fərqləndiyinə diqqət çəkirlər. Mütəxəssislər bildirir ki,  bakteriyaların bu qabiliyyətinin həmçinin onların sağ qalmasında da çox vacib bir rolu var.

Mikrobların sağ qalma sirri

Bu fikri rəhbər tutan bioloqlar, bu qoxunun torpaqda yaşayan heyvanları qorxutmaq və ya əksinə, onları cəzb etmək funksiyasının olduğunu irəli sürdülər. Bu fikri sınamaq üçün Flerd və yoldaşları bir neçə streptomiset bakteriyası koloniyasını yetişdirdilər. Onları xüsusi tələlərə saldılar və İsveçin Alnarp kəndinin yaxınlığındakı bir meşəyə qoydular.

Bir gün sonra bioloqlar tələlərin içərisində əcdadları 450 milyon il əvvəl həşəratların ümumi təkamülü nəticəsində yaranmı. ibtidai artropodları (Folsomia candida) tapdılar. Artropodlar müxtəlif göbələklər, mikroblar və üzvi maddələrin kiçik hissəcikləri ilə qidalanır.

Onları tələ içində aşkar edən alimlər, buğumayaqlılar digər canlıları qorxudan “yağış qoxusunu” duyub-duymadıqlarını yoxladılar. Təcrübələr onların bu qoxunu həqiqətən də hiss etdiyini və mənbəyinə doğru getdiyini təsdiqlədi. Bakteriyaları tapan buğumayaqlılar onları yedilər.

Sonrakı müşahidələr göstərdi ki, bütün mikroblar buğumayaqlıların mədəsində ölmür. Onların əhəmiyyətli bir hissəsi bu buğumayaqlıların uzun məsafələrə apardıqları döllər şəklində sağ qalırlar.

Nəticədə arıların və çiçəklərin əlaqəsinə bənzər bir simbioz meydana gəlir. Bakteriyalar buğumayaqlıları qida ilə təmin edir və mikrobların özləri əldə edə bilmədikləri uzaq yerlərə getmələrinə kömək edirlər. Bənzər bir əlaqə, elm adamlarının fikrincə, digər torpaq mikrobları və digər çoxhüceyrəli canlılar arasında ola bilər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673