Balıq ovu üçün minimal ölçülər

Balıq ovu ilə məşğul isəniz minimal balıq ölçüsü, harda və nə qədər balıq tutmağa icazə var bilməlisiniz. Əvvəlki məqaləmizdə həvəskar balıq ovu qanunla necə tənzimlənir izah etməyə çalışmışdıq. Bu məqalədə isə ovuna icazə verilən balıq ölüçləri haqqında danışacayıq. Yəni dövlət ekosistemi qorumaq üçün çox kiçik balıqların tutulmasına qadağa qoyub. Bu balıq növləri və icazə verilən ölçülərlə aşağıdakı cədvəl və infoqrafikadan tanış ola bilərsiniz.

Ovuna icazə verilən minimal balıq ölçüsü:

minimal balıq ölçüsü
Sıf43
Çəki40
Çapaq26
Külmə17
Qarasol17
Xəşəm41
Kütüm35
Kefal24
Şamayı19
Şirbit52
Qarabel siyənək20
Şişqarın siyənək14
Xramulya-mirzə balığı24
Xərçəng10
Krevet5

Ovlanan balıq miqdarına məhdudiyyətlər:

– gün ərzində 10 ədəddən çox olmayan xərçəng;
– gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;
– balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir).

Sonda balıqların ölçüsünü çöl şəraitində rahat hesablamaq üçün bir neçə qayda da sizə təqdim edirik. Ümumiyyətlə bu ölçüləri yadda saxlaya bilərsiniz və ya bu məqaləni telefonunuzda bir yerə də qeyd edib baxa bilərsiniz: Məsələn, kibrit qutusu 5 sm, bir qarış 18-19 sm, bankomat və ya metro kartı 8,5 sm, 1 manatlıq əskinas 12 sm, 100 manatlıq əskinas 15 sm, dolları qeyd etmirəm 🙂 .

minimal balıq ölçüsü

Mənbə: http://www.e-qanun.az/framework/35786

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673