Balıq qızardarkən bunlara diqqət edin

Xüsusilə mövsüm ərzində istehlak olunan balıq tərkibindəki yağ turşuları sayəsində immunitet sistemini gücləndirmək üçün vacib bir qidadır. Tədqiqatlarla balığın bədəni qrip və infeksiyalardan qoruduğu sübut edilmişdir. Xüsusilə mövsümdə həftədə 2 dəfə balıq mütəmadi olaraq istehlak edilməlidir.

Balıqda digər heyvan mənşəli qidalardan fərqli olaraq doymuş yağ əvəzinə doymamış yağ turşuları adlanan omega3 yağ turşuları var. Omega3 bədənin istehsal etmədiyi və əksər balıqlarda tapılan son dərəcə faydalı bir yağdır.

balıq qızardılması agroexpert.az
Zülallar bədən üçün çox vacib bir qida mənbəyidir. Balıq da daxil olmaqla bəzi qidalar yüksək keyfiyyətli protein yağlarını özündə birləşdirir.

Əsasən qış aylarında ən çox istehlak olunmalıdır. Balıq həm ləzzətli, həm də faydalı bir qidadır. Buna görə balıq qızartmaq üsullarından düzgün istifadə edərək bişirmək lazımdır. Soba, manqal və tavada qızardılaraq hazırlanan üsullar arasında kiçik balıqlar daha çox tavada qızardılır. Böyük və yağlı balıqların soba və manqalda bişirilməsi məsləhətlidir. Tavada qızardılan balıqlara çox miqdarda yağ hopmasına imkan vermək lazım deyil.

Tərkibində omeqa 3 və antioksidan zəngin olan balıq tez-tez yeyilməlidir. Ağ ət kimi həftədə ən az bir dəfə balıq yemək sağlamlığa çox faydalıdır.

Bəs balıq bişirərkən seçdiyiniz balığın bişirilmə metodlarını bilirsinizmi?

Yağsız, lakin dadlı bir balığın bişirilməsində bir neçə detala diqqət edilməlidir.

Satın aldığınız balıqları təmizləyib yuduqdan sonra suyunu süzün və hər tərəfinin qurumasını gözləyin. Sonra kənarda bir qabda un və duzu qatın və qurumuş balıqları duzlu unla unlayıb qızardın. Unu çox olduğu zaman sikələyib tökdürün. Çünki un çox olduqda yağı çox əmir. Hətta unlamadan əvvə balıqları duru yağla bir az ovuşdurun, bunu etdiyinizdə yağ əmmə az olacaq. Unlanmış balıqları qızğın tavada qızardın. Gur odda bişirilən balıq yağı çox hopdurmur.

Ocağın zəif olması balığın çox yağ əmməsinə səbəb olar. Tavada olan btün balıqların eyni vaxtda qoyulması və çevrilməsi lazımdır. Qızardılmış balıqları xüsusi bir maşa alətlə götürüb yağının süzülməsini gözləyin və qoyacağınız qaba dəsmal salfet sərib onun üzərinə qoyun. Həmin dəsmal salfet balığın üzərində qalan yağı özünə çəkəcək.

İkinci dəfə balıqları qızartmaq istəsəniz yağı mütləq dəyişdirməlisiniz. Çünki istifadə olunan yağdan yeni balıqları qızardarkən balıqlarınız yağı özünə çəkir və çox yağlı olmasına səbəb olur.

Dadlı və xırtıldayan balıq bişirməyin sirri unlanmış balığın artıq ununu sirkələmək və gur ocaqda qaynar yağda qızartmaqdır.

Qeyd edək ki, un olaraq qarğıdalı ununu da seçə bilərsiniz. Sağlamlığınız üçün balıq istehlakına diqqət yetirməlisiniz.

Nuş olsun!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!