Balıq yeməyiniz üçün 5 əsas səbəb
Qış aylarının vazgeçilməz yeməklərindən olan balıq ətinin, insan sağlamlığı baxımından əvəzedilməz faydalarının olduğunu yəqin ki, bir çoxunuz bilirsiniz. Bunlardan biri də balıqdır. Balıq yeməyiniz üçün 5 əsas səbəb var ki, onlarla sizi tanış edək.
Proteyin baxımından zəngin ət növləri arasında olan balıq əti həm sağlığa faydaları ilə, həm də piy əridici təsiri ilə bilinir.
Gəlin balıqların insan orqanizmasına yaxşı təsir etdiyi 5 əsas səbəblə tanış olaq
Ürək xəstəlikləri riskini azaldır.
Balığın içərisində olan omega 3 yağ asitləri qan yağlarını azaldaraq ürək xəstəliklərinə tutulma riskini azaldır
Alzheimer riskini azaltır.
Aparılan araşdırmalar həftədə 1 balıq yeməyin beyindəki boz maddə neyronlarını qoruya biləcəyini göstərmişdir. Analizlərdə buxarda ve ya sobada (qızardılmadan) bişirilmiş balığı yemənin beyindəki öyrənmə və xatırlama mərkəzinə təsir etdiyini müəyyən edilib.
Saç və dərini gözəlləşdirir.
Dərinin yaxşı bəslənməsini və parıldamasını təmin edir. Aparılan araşdırmalar balığın və balıq yağının Pullu dəmrov (psoriaz – dərinin xroniki, autoimmun, qaşıntılı, qızartılı və qabıqlı səpkiləriylə özünü göstərən yoluxucu olmayan) xəstəliyinə təsir edə biləcəyini göstərmişdir.
Depresiyaya qalib gəlin.
Araşdırmalar antidepresiya dərmanları ilə birlikdə balıq yeyənlərin yeməyənlərə görə depresiyaya daha rahat qalib gəldiyini göstərmişdir. İnsanların payızda və qışda depresiya düşmə halları daha çox olur, havaların soyuq olduğu aylarda buna diqqət etmək lazımdır.
Sümük əriməsinin qarşısını alır.
Balaca balıqlarda tapılan kalsium sümüklərin güclənməsinə çox yaxşı təsir göstərir. Ən çox özünü uşaqlarda göstərən bu problemi aradan qaldırmaq üçün münəzəm olaraq onlara balıq verilməlidir.