Balıqlar haqqında maraqlı məlumatlar-1

agroexpert_baliqlar haqqinda_maraqli_melumatlar1)   Ən böyük dəniz balığı: Bir balinanın uzunluğu təxminən 15 metrdir. Balina köpəkbalığının uzunluğu isə 12 metrdir.

2)  Ən kiçik balıq: Filippin adalarında yaşayan bir qaya balığı 1 sm boyundadır.

3)  Ən çox yaşayan balıq: Qaradənizdə yaşayan Mersinmorinaların 120 ilə qədər yaşadığı görülmüşdür. Bu balıqların ağırlıqları bir tondan çoxdur.

4)  Ən az yaşayan balıq: Afrika və Cənubi Amerika çaylarında ən çox bir il yaşayan 26 cins balıq vardır. Yağışlı mövsüm sonunda çaylar quruduğu zaman ölərlər. Ölmədən əvvəl, quraqlığa dayanıqlı yumurtalarını yumurtlayarlar. Yağışlı mövsüm başladığı zaman yumurtalardan balalar çıxar. Bu balıqlar bir ildən daha az yaşayarlar.

5)   Ən sürətli balıq: Yelkən balığının saatda 68 mil (109 km) sürətlə üzdüyü bilinməkdədir.

6)  Ən zəhərli balıq: Hind Okeanında və Böyük Okeanda yaşayan taşbalıkları ən zəhərli balıqlardır. Son dərəcə acılıq verən zəhərləri altı saat içində ölümə səbəb olar. Lakin bütün soxmalar öldürücü deyil.

7)  Ən çox gərginliyi olan balıq: Elektrikli ilanbalığında 550 voltluq elektrik vardır.

8)  Ən yüksəyə sıçrayan balıq: Bir Tarponun 5 m yüksəyə sıçradığı və 9 m yay etdiyi bilinməkdədir.

9)  Ən bəzəkli balıq: Ən bəzəkli balıq hind toyuğu balığıdır.

agroexpert_baliqlar_maraqli2

10) Ən çirkin balıq: Ən çirkin balığın Taşbalığı olduğu deyilir. (Şəkildə)

11)  Ən böyük balıq sürüsü: Siyənək balığı sürüsündə 300 milyon balıq tapmaq olar.

12) Ən uzun adlı balıq adı: Çütrə balığı Havayda humuhumunukunuku-apuaa adıyla tanınır.

13) Balıq yağışı nədir?: Qasırğa və xortumlarla dənizdən daşınan balıqlar, səmadan yağış kimi yağarlar. Bu vəziyyətə balıq yağışı deyilir. 1806- cı ildə Almaniyanın Əssən şəhərində böyük bir dolu dənəsi tapıldı. Dolunun içində 4 sm  uzunluğunda bir Sazan vardı. 2,7 kq. ağırlığında bir başqa balıq göydən Hindistandakı Jelapura düşdü.

14) Qılıncbalığını tanıyırsınızmı?: Bir qılıncbalığı “ qılıncının ” mis zirehi 10 sm lövhəni, 30 sm ağ palıd taxta-şalbanını, 65 sm sərt palıdı deşib keçdiyini bildirirlər.

15) Qarmaqla tutulan ən böyük balıq: 1959-cu ildə Cənubi Avstraliya açıqlarında 1.208 kq ağırlığında bir böyük ağ köpəkbalığı tutuldu.

16) Köpəkbalıqlarında neçə dənə qəlsəmə tapılar? Hər nə qədər köpəkbalıqlarında beş dənə qəlsəmə yarığı varsa da bəzilərində altı qəlsəmə yarığı tapılar. Yeddi qəlsəmə yarıqlı köpəkbalıqları da vardır.

17) Qəlsəmə nədir? Balıqların tənəffüs orqanıdır. Qəlsəmələrdəki incə dəri təbəqəsinin altında qan damarları vardır. Qan ətrafındakı sudan oksigen götürür, artıq olan karbon 4 oksidi çölə verir.

18) Balıqlar suda necə hərəkət edir? Sandıkbalığı və Dənizatlarını çıxmaq şərti ilə bütün balıqlar bədənlərini və quyruqlarını yelləyərək üzürlər. Balığın bu hərəkəti, ilanın qurudakı hərəkətinə bənzəyir. Onun üçün buna ilanvari hərəkət deyilir. İlan yerdə hərəkət edərkən bədəninin fərqli qisimlərini yelləyir, üzərindəki kiçik çıxıntıları basdıraraq bədənini önə itələyir. Balıqlar da bədənini qıvırarkən suyu basdırar və beləcə özünü önə aparar…

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673