Balıqlı kotlet resepti

Hər uşaq balığı sevmir. Lakin Rusiya mətbəxinə aid olan bu yeməyi hər uşaq sevəcək. Sağlam inkişaf üçün lazım olan qidalardan biri olan balığı bu şəkildə rahatlıqla uşaqlarınıza yedirdə bilərsiniz.

Balıqlı kotletin reseptini hazırlanması üçün lazım olan məhsullar:

agroexpert_az balıqlı kotlet
  • 400 qr balıq filesi
  • 1 ədəd toyuq yumurtası
  • 6 ədəd bildirçin yumurtası
  • 2 dilim ağ çörək
  • 6 x/q süd
  • 3 x/q çörək suxarısı
  • Duz (zövqə görə

Birinci balığı hazırlayaq. Biz məsləhət görərdik ki, evdə hazırlanmış balıq filesi olsun. Bunun üçün ağ balığı yaxşıca yuyuruq və kağız dəsməlla qurulayırıq. Daha sonra əlinizlə və ya maqqaşla qılçıqları təmizləyirik.
Balıqları xırda doğrayın. Mətbəx kombaynından və ya blenderdən keçirin.
Ağ çörəyi bir neçə dəqiqə isti süddə saxlayın. Daha sonra yaxşı sıxın ki, kotlet çox boş olmasın.

Balığı, südə batırılmış çörəyi və 1 ədəd yumurtanı birlikdə yaxşı qarışdırırıq.Bildircin yumurtalarını 3-4 dəqiqə suda bişirin. Bişdikdən sonra soyuması üçün soyuq suya qoya bilərsiniz.

Əlinizi soyuq suya salın, daha sonra hazır olan balıq filesindən təxminən əlinizin içinə yerləşəcək boyda götürün və əlinizdə düzləşdirin (şəkildəki kimi). Ortasına 1 ədəd bildirçin yumurtası qoyun. Daha sonra balıq filesi ilə onu yumru kotlet formasında bükün. Kotleti elə hazırlayın ki, yumurta görünməsin. Daha sonra kotleti çörək suxarısına hərtərəfli bulayın. Hazır olan kotletləri buxar qazanında bişirin.
Əgər buxar qazanınız yoxdursa, sobada da bişirə bilərsiniz. Bunun üçün sobanı 180 dərəcədə qızdırın. Qabın içini duru yağla yağlayın və kotletləri buraya düzün və 40 dəqiqə bişirin.
Bu yeməyi fərqli balıqlarla yoxlaya bilərsiniz. Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

Nuş olsun!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673