Balqabaq mürəbbəsi (RESEPT)

Soyuq havaların əvəzolunmazı olan balqabaqdan qutab, şirniyyat və mürəbbə hazırlanır. Balqabaq mürəbbəsi əhəngli və əhəngsiz də hazırlanır. Əhəng balqabaqları sərtləşdirmək üçün istifadə edilir və dağılmasına mane olur. Agroexpert.az sizlərə əhəngli balqabaq mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

balqabaq
Tərkibi:
  • 1 kilo balqabaq (qabığı soyulmuş)
  • 5 stəkanı şəkər
  • 6 stəkanı su
  • 1 çay qaşığı limon duzu
  • 300 qram sönməmiş əhəng
  • 3 litr su
Hazırlanma qaydası:

İlk öncə əhəngi hazırlamaq üçün sönməmiş əhəng məhlululunu axşamdan böyük bir bankanın içərisinə qoyub üzərinə su əlavə edin. Qapağını yarı açıq qoyun. Balqabaqları kiçik kublar şəklində doğrayın. Əhəng məhlulunu yəni əhəngin üzərinə qoyduğunuz durulmuş suyu ayrı bir qaba qarışdırmadan alın və balqabaqları içinə atın. Balqabaqların suya tam batması üçün üstünə bir ağırlıq qoyun. Saxlanma müddətiniz 12 saatdan daha az olmasın. Yoxsa balqabaqlar istədiyiniz sərtlikdə olmaz. Bu müddətin sonunda balqabaqları əhəng suyundan götürün. 4-5 dəfə su ilə yuyun və təkrar suya qoyun. 1 saat da bu suda gözlədin. Gözləmə əsnasında bir qazana su və şəkər tozu töküb 5-6 dəqiqə qaynadın və ilınmağa qoyun. Balqabaqları sudan çıxarıb yenidən yuyun və ilıq şərbətin içinə atın. Qaynamağa başlayanda ocağın altını azaldın, ara sıra kəfgirlə balqabaqları şərbətə yüngül basın və yavaşca qarışdırın ki, hər yeri bərabər şəkildə şərbəti çəksin Təxminən 2-2.5 saat bu şəkildə bişəcək. Bu müddətin sonunda balqabaqlar şəffaf bir hal alacaq. Şərbətin konsistensiyasını alması üçün ocağın altını artırın. Normal mürəbbə konsistensiyasına gəlməsinə yaxın limon duzunu əlavə edin və 1-2 dəqiqə daha qaynadın. İsti-isti şüşə bir bankaya boşaldın və soyuduqda qapağını bağlayıb sərin bir yerdə saxlayın.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика