Balqabaq tumunun 5 faydası

Balqabaq tumu dadlı olmaqla yanaşı çox faydalı qidadır. Bu faydaları 5 maddə altında sizə təqdim edirik.

balqabaq tumu

1. Balqabaq tumu maqnezium deposudur. Ən mühüm həyati minerallardan biri olan maqnezium bədənin düzgün işləməsi üçün lazım olan 300-dən çox müxtəlif biokimyəvi reaksiyanın quruluşundan cavabdehdir. Yarım su stəkanı balqabaq tumu gündəlik maqnezium ehtiyacınızın 92 faizini qarşılayır.

2. Balqabaq tumu bir növ təbii viagradır. Testesteronun səviyyəsini artırır. Kişilərin cinsi fəaliyyətində möcüzələr yaradır. İçərisində olan B, C, D, E və K vitaminlərinin libido üzərində böyük rolu vardır. Əlavə olaraq da balqabaq tumu sinklə zəngindir, bu da yüksək testesteron səviyyələrinin arxasındakı qüvvədir.

3. Balqabaq tumunu istifadə etdikcə rejiminizi dəyişdirir və ani isti basmalarını azaldır. Daşıdığı triptofan (beynin serotonin hasil etməsinə yarayan bir turşu) sayəsində ruh halınızı yaxşılaşdırır. Bədən temperaturunu tarazlaşdıraraq maqnezium çatışmazlığından qaynaqlanan isti basmalarını da azaldır.

4. Balqabağın tumu xərçənglə mübarizədə yardımçı olur. Balqabaq tumunun tərkibindəki “cucurbitacins” kimi tanınan maddələrin xərçəngin müalicəsinə yaxşı təsir etdiyi, hətta bəzi  xərçəng növlərinin hüceyrələrini məhv etdiyini ortaya çıxarıb.

5. Balqabaq tumu yuxusuzluğa yaxşı təsir edir. Yuxarıda bəhs etdiyimiz triptofan amin turşusu həm serotonin, həm də melatoninin istehsalını artırır. Melatonin yatma-durma dövriyyəsinə təsir edən hormondur. Balqabaq tumu yemək daha asan yuxuya getməyinizi təmin edər.

Digər faydaları: 

Helloween bayramı üçün möcüzəvi balqabaq
möcüzəvi balqabaqlar
  • Tərkibindəki fosfor sümük inkişafına kömək olur, böyrək funksiyalarını yaxşılaşdırır.
  • Balqabaq tumunda olan E vitamini yaşlanmanı gecikdirir, dərinin elastikliyini bərpa edir. 
  • İltihablara yaxşı təsir edir.
  • Qəbizlik problemini aradan qaldırır.
  • Mədə və ürək bulantısını götürür.
  • Bağırsaq qurdlarını tökür. Uzun illərdir ki, parazitləri məhv etmək üçün istifadə edilir.
  • Oynaqların iltihabının müalicəsində müsbət təsir göstərir.
  • Ürək-damar sağlamlığına yaxşı təsir edir.

Əlavə qeydlər: 

Balqabaq tumunun tərkibi kalsium, sink, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla zəngindir. İçində sümüklər və iştaha üçün əhəmiyyətli maddə – sink var. Bir stəkan balqabaq tumu gündəlik sink, dəmir və E vitamini ehtiyacımızın hamısını, yarım stəkan isə gündəlik maqnezium ehtiyacımızı təmin edir və əzələləri möhkəmləndirir. Tərkibi sinklə zəngin olduğu üçün immun sistemini gücləndirir və virusların orqanizmə daxil olmasının qarşısını alaraq soyuqdəymədən qoruyur.

Soyuq qış günlərində xəstəliklərdən qorunmaq üçün balqabaq tumunu qatıqla və ya salata qarışdıraraq yemək olar. Tərkibindəki maqnezium infarkt və iflic kimi xəstəliklərin də qarşısını alır.

Mənbə:

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107