Banan, alma və limonun bilmədiyiniz faydaları

Banan, alma və limon meyvələr arasında özlərinə məxsus və önəmli bir mövqe tutublar. Bu isə onların olduqca faydalı olmalarından və müxtəlif cür istifadə edilə bilməsindən irəli gəlir.

Gündə bir alma ye, həkimə möhtac qalma…. Bu məsəl səbəbsiz deyil. Hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalar. Çünki alma A,C,E və B vitaminləri, fosfor,maqnezium,dəmir,kalsium kimi maddələrlə zəngindir. Almanın möcüzəsi təsirləri nələrdir?

  • Qanı və böyrəkləri təmizləyir.
  • Soyuqdəyməyə və öskürəyə xeyirlidir.
  • Yüksək təzyiqi salar.
  • Həzm sistemindəki narahatlığa kömək edir.
  • Qandakı şəkəri nəzarətdə saxlayar.
  • Revmatizmaya kömək edir.
  • Xolesterolu azaldır.
  • Cildə parlaqlıq və gözəllik verir.
  • Baş ağrısına xeyirlidir.
  • Yuxusuzluğa xeyirlidir.

Limonun saymaqla bitməyən faydaları var. Bugün isə onun dişlərə faydasından bəhs edək..

Gözəl görünüşün ilk şərtlərindən biri bəyaz dişlərdir. Miravari kimi bəyaz dişlər hamının arzusudur. Ecazkar xüsusiyyətə malik olan limon vasitəsilə həkimə getmədən belə bəyaz dişlərə sahib olmaq olar.

Dişləri təmizləyəndə diş tozuna və ya pastasına bir az xörək sodası və 1-2 damcı limon şirəsi əlavə olunarsa, onların sarıltısını asanlıqla götürmək olar. Əgər dişlər mütəmadi olaraq limon qabığı ilə sürtülsələr, dişlər ağ, onların kökü isə bərk olacaq. Suda əridilmiş bir damcı limon şirəsi ilə ağızı yaxalayaraq kariyesə düçar olmuş dişlərə müalicəvi təsir göstərmək olar.

Məlumdur ki, bəzi hallarda bu vasitə ilə uzun müddət çəkən mütəmadi diş ağrıları kəsilirdi. Diş xəstəliklərinin müalicə təcrübəsi göstərir ki, dişlər səhər və axşam limon şirəsi ilə təmizlənsə, bu damaqların və dişlərin hər bir xəstəlikdən qorunmağına xidmət edir. Ağızdan gələn pis iyi aradan götürmək üçün gündə bir çay qaşığı sürtülmüş quru limon qabığını şəkərlə və ya bal ilə qəbul edirlər.

Aclığı yatızdırmaq üçün banan yeyə bilərsiniz. Bu zaman orqanizminiz enerji və faydalı elementlərlə təmin olunacaq.

Bananın tərkibində A1, C, B6, B12, maqnezium, kalium, kalsium, dəmir və fosfor var. Banan B vitamini ilə zəngin olduğu üçün əsəb sistemini sakitləşdirir. dəmirlə zəngin olduğu üçün qanda hemoqlobini artırır və anemiyanın müalicəsində böyük rol oynayır. Kaliumla zəngin olduğu üçün qan təzyiqinin aşağı salınmasında böyük rol oynayır.

Bananın hər 100 qramında 90kkal enerji var.

Banan bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Depressiyadan əziyyət çəkənlərə böyük dəstəkçidir.
  • Mədəniz qıcqqırarsa banan köməyinizə gələcək.
  • Bananın diqqətin artırılmasında və əqli keyfiyyətlərin yaxşılaşdırılmasında böyük rolu var.
  • Yemək arası banan yeməklə gümrahlığı bərpa etmək olar.
  • Bədən tempraturunu tənzimləyir.
  • Ağcaqanadlar əleyhinə dərmanlardan istifadə etməzdən əvvəl həmin yerə banan qabığı sürtün. Bu qıcıqlanmanın qarşısını alacaq.
  • Ürək döyüntülərini normallaşdırmaq üçün bananı gündəlik yeyəcəklərin sırasına daxil edin.
  • Yeməklə iştahanı bərpa etmək, göz altındakı torbaları aradan qaldırmaq olar.
  • Banandan hazırlanmış maskalar hər cür dəriyə faydalıdır.
  • Yetişmiş banan cinsi həvəsi artırır. Süd verən qadınlarda laktasiyanı normallaşdırır.
  • Ziyilləri məhv etmək üçün bananın qabığından istifadə etməyiniz məsləhətdir.
  • Kal bananlar bağırsaq şişlərinin yaranmasının qarşısını alır.
  • Bananın kökü qan xəstəliklərinin müalicəsi üçün faydalıdır.
  • Banandan qaraciyər xəstəliklərinin qarşısı almaq üçün də istifadə olunur.
  • Yaşıl banan dadlı olmasa da tərkibində çox nişasta olur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir