Banan və aloe veranın möhtəşəm vəhdəti

Evinizdə aloe vera bitkiniz varmı? Mükəmməl bir görünüşə sahib olmağı bir yana, onunla düşündüyünüzdən daha çox şey edə bilərsiniz.

Bu maraqlı və çox nəm olan bitkinin sağlamlıq üçün bir çox faydası var. Buna görə də aloe vera tibbi təsirlərinə görə geniş istifadə olunur.

Aloe veranın sağlamlığa faydaları

Əsrlər boyu aloe vera bitkisi çoxsaylı müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Bu tropik bitki təxminən 99 ilə 99,5 faiz sudan ibarətdir. Asan böyüyən bir bitkidir, çünki böyüməsi üçün yalnız bir az su tələb olunur və həm günəşdə, həm də kölgədə kifayət qədər tez böyüyür. Aloe vera bitkisinin tərkibində 75 müxtəlif maddələr, əsasən müxtəlif vitaminlər, minerallar, şəkərlər və fermentlər var.

Tibbi təsiri

Misirlilər bu qəribə bitkini təxminən 6000 il əvvəl kəşf ediblər. Aloe vera əsasən müalicəvi xüsusiyyətlərinə görə istifadə edildi və misirlilər onu “ölümsüzlük bitkisi” adlandırırdılar. Bu ot xüsusilə yaraları, dəri toxumasını, astma, epilepsiya, diabet xəstəliyini yaxşılaşdırmaq üçün istifadə olunur və hətta laksatif olaraq da faydalı olduğu sübut edilmişdir. Aloe vera həm də yanıqlara və sədəf xəstəliyinə qarşı möcüzələr yaradır.

Banan və aloe vera

Əsas sual budur: banan ilə aloe vera arasındakı əlaqə nədir? Cavab isə olduqca sadədir. Aloe bitkisi yeni yarpaqlar yetişdirə bilməz, buna görə də bitkinin çoxaldılması üçün düzgün kəsilməsi çox vacibdir. Banan isə yeni bir aloe vera bitkisini yetişdirmək üçün əla bir meyvədir. Bananın ortasında kiçik bir kvadrat kəsib,həmin hissədəki qabığı götürün. Aloe vera bitkisinin alt hissəsini həmin bananda kəsdiyiniz kvadrata yerləşdirin və ən az bir gün orada saxlayın.

Banan qəhvəyi rəngə çevriləcək, ancaq aloe vera parçasını banandan çıxartdığınız zaman bitkidə bir çox yeni köklərinin əmələ gəldiyini görəcəksiniz! Bundan sonra təmiz qum və bağ kompostu qarışığından torpaq  düzəldin və bu qarışığa yeni aloe vera köklərini salın. Çox qısa bir müddətdə tamamilə yeni bir aloe vera bitkisi əldə etmiş olacaqsınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107