Bitkilər Məqalələr

Bananın inanılmaz faydaları!

agroexpert.6543Araşdırmalara görə, beyni gücləndirən banan, sağlamlığa da bir çox cəhətdən olduqca xeyirlidir.İngiltərə bir məktəbdə 200 şagird üzərində edilən araşdırmada naharda, fasilə vaxtlarında və günorta yeməyində banan yeyən uşaqların imtahanlarda daha müvəffəqiyyətli olduğu məlum olmuşdu. Araşdırmada tərkibində bol kalium olan bananın uşaqların öyrənmə qabiliyyətlərini də inkişaf etdirdiyi sübut edildi.

Xoraya yaxşı gələn Banan, yumşaq və hamar quruluşu səbəbiylə bağırsaq xəstəliyi olan xəstələrin də pəhriz siyahısında iştirak edən bir mevyedir.

Təbii bir turşu əngəlləyicisi olduğu üçün xora kimi mədə xəstəliklərinə olduqca faydalıdır.

Hamiləlikdə mədə bulantısını aradan qaldırar, qan şəkəri səviyyəsini yüksəldər və xüsusilə də səhərlər hamilələrdə yaranan mədə bulantısını yox edər.

Qansızlıq probleminin həllidir. Yüksək miqdarda dəmir ehtiva edən banan, qanda hemoqlobin nisbətini artırır və qan azlığının qarşısını alır.

Amerika Qida və Dərman İdarəsi, kaliumla zəngin olan bu tropik meyvənin qan təzyiqini aşağı saldığını və iflic riskini əngəllədiyini də etdiyi araşdırmalarla təstiqlədi.

Ağcaqanad dişləməsi baş verən yeri yaxşılaşdırar. Ağcaqanad dişləməsi olan bölgəyə krem ​​və ya hər hansı bir lasyon sürtməzdən əvvəl bir parça banan sürtün. Banan, ağcaqanad dişləməsi olan bölgədəki şişliyi və qıcıqları önləyər.

Gərginliyi önləyən Banan, B vitamini ilə zəngin bir meyvədir və sinir sistemini sakitləşdirməyə kömək edir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: