“Baş-ayaq” biznes

Uzun məqalə adları xoşuma gəlmir, ona görə belə başlıq yazdım. Söhbət bu aralar çox tendensiya olan biznes ideyadan, Çinə toyuq baş-ayağı ixracından gedəcək. Cüzi sərmayə ilə yaxşı marjalı iş qurmaq istəyən işgüzar insanlarımız üçün maraqlı olacağına əminəm.

2010-cü ildə Çin Amerikadan idxal edilən bəzi məhsullara qadağa qoyur. Bu malların içərisində toyuq ayaq və başı da var idi. Məsələ orasındadır ki, bizdə demək olar zibilə atılan (ən yaxşı halda yem üçün istifadə olunan) toyuq başı, ayaqları Çində delikates sayılır. Orda toyuq baş-ayağından xaş və çorba hazırlayıb ləzzətlə yeyirlər. Həmçinin çipsi də hazırlanıb satılır. Biraz araşdırdım, çox faydalı imiş toyuq baş-ayağı. Xüsusən hipertoniya xəstələri üçün faydalı imiş. Baş-ayağın tərkibindəki çoxlu miqdarda protein təzyiqin normallaşmasında böyük rol oynayır. Oynaq ağrıları üçün də faydaları çoxdur. Bizdə də sınıq-çıxığı olanlara xaş, kəlləpaça tövsiyyə edilir deyilmi?

toyuq baş-ayağı

Çinin Amerika ilə iqtisadi münasibətləri korlanandan sonra bazarda böyük boşluq yarandı. Aydın məsələdir, sayı çox olan və artan çinlilərin toyuq baş-ayağına olan dəhşətli tələbəini ödəmək çətindir. Ona görə bu boşluğu görən Rusiya və Türkiyə artıq Çin bazarına toyuq baş-ayağı ixrac etməyə başlayıblar. Ruslar tezliklə təkcə toyuq baş-ayağından ildə 1 milyard $ qazanc əldə etməyi düşünürlər.

Toyuq baş-ayağı biznesi

Biznes bu şəkildə təşkil olunur. Əvvəlcə satışı danışmaq lazımdır, bu müşkül məsələ deyil. Çinlilər özləri müqavilə ilə gələcəklər yanınıza. Uyğun qiymət anlaşıb, yerli bazardan toyuq baş-ayağını ucuz əldə etmək lazımdır. Bunu broyler və yarmarkalardan yığa bilərsiniz. Burda söhbət aylıq 50-100 ton məhsul ixracından gedir. Bu qədər baş-ayaq tapmaq asan olmayacaq. Toyuq baş-ayaqlarını balaca bir sexdə hazırlayıb konteynerlərlə göndərmək lazımdır vəssəlam. Təbii ki, sexdə müvafiq avadanlıqlar, dondurucular olmalıdır. 

Şəxsən mənə bu işin digər tərəfi çox maraqlı gəldi. Saytımızı açanda ilk məqalələr qaz-ördək haqqında idi. Çox xoşum gəlir ördək biznesindən. Əla işdir, sadəcə satışı biraz zəifdir. Ona görə çoxdandır ördək və qaz üçün satış kanalları araşdırıram. Bu biznes ördək və qaz baş-ayaqları üçün də yararlıdır. Elə ördəyin özü də Çində ən çox yeyilən quş növüdür. Ördək, qaz baş-ayağı daha ağır olur, amma bu qədər miqdarda hardan və necə əldə etmək olar bax bu çətin məsələdir.

Biznesin riskləri
Burda bir-neçə çətin nüansları da qeyd etməyi özümə borc bilirəm. Əvvəla Çində toyuq baş-ayağı A kateqoriyadan olmalıdır, bizdə isə fermalar məncə B kateqoriyalı baş-ayaq verir. Buna diqqət etmək lazımdır. 
Məhsulun saxlanması və daşınmasının təşkili də çox  önəmlidir. 
Çinlilərlə qiymətdə yaxşı anlaşın. Məsələn Rusiyada toyuq baş-ayağının 1 kq-ı 55 qəpikdir. Hazır məhsulu Çinə kq-nı 2 $-a kimi qiymətə satırlar.


Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on ““Baş-ayaq” biznes

  • August 29, 2018 at 6:46 pm
    Permalink

    Araşdırdıq: broylerdə baş-ayağın kilosu 40-70 qəpikdir.
    Amam kalibri kiçikdir yəni ölçüsü çəkisi və təmizlənməsi, ona görə satışı çətin olacaq.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!