Baş soğan bitkisinin bioloji xüsusiyyətləri

Soğan əsas  tərəvəz bitkilərindən biridir. Yaşıl kütləsindən səbzə tərəvəz kimi, baş soğandan isə yemək üçün və konserv sənayesində geniş istifadə edilir.

Baş soğan bitkisinin təsərrüfat əhəmiyyəti

baş soğanıSoğan bitkisi 6000 il bundan qabaq məlum olmuşdur. Hələ qədim Misirdə onu becərməyə başlamışdılar. Bizim eradan 2000 il əvvəl Avropa ölkələrində becərilmişdir.

Soğanın tərkibində orta hesabla 9-18% quru maddənin miqdarı və efir yağları kimi qiymətli maddələr vardır:

  • şəkər 4-9%;
  • zülal 1,8-2,0%;
  • sellüloza 0,6%;
  • mineral duzlar 0,6-14%;
  • vitamin C 2-8 mq%;
  • kartotin, B1,B2;
  • PP vitaminləri;

Soğanın çox istifadə edilməsinin və geniş yayılmasının əsas səbəbi qidalılığı və müalicəvi xüsusiyyətləridir. Tərkibində bəzi mikroorqanizmləri məhv edən fitonsidlərin olması onu təbabət nöqteyi nəzərindən daha qiymətli bitkilər sırasına daxil edir.

O, bakterisid tərkibli olduğu üçün mədə-bağırsaq, vərəm, ağciyər xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Onun həm də xörəyin dadına və həzm olunmasına yaxşı təsir etdiyinin nəticəsidir ki, Azərbaycanda bir ildə adambaşına 18 kq-dan çox soğan işlədilir.

Baş soğan bitkisinin məhsuldarlığı

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı təsərrüfat ilində Azərbaycanda 11953 hektar sahədə soğan bitkisi əkilmiş, 178249 ton məhsul yığılmış, məhsuldarlıq hektardan 148,4 sen olmuşdur.

Soğan bitkisinin sortları

baş soğanıRespublikamızda soğan bitkisinin tezyetişən:

  • Peşpazak,

Ortayetişən:

  • Yerli

Yaxşılaşdırılmış:

  • Hövsan,
  • Dusti,
  • Sabir,

Gecyetişən:

  • Yerli Masallı,
  • Yerli Xaçmaz,

Bərəkət sortları rayonlaşdırılmışdır. Tezyetişən və ortayetişən sortlar suvarılan ovalıq və dağətəyi düzən zonalarda, gecyetişən nümunələr dağlıq zonalarda əkilməsi məqsədəuyğundur.

Yerli sortların xarici sortlardan təsərrüfat və məhsulun keyfiyyət göstəriciləri baxımından üstünlüyü

Yerli sortların (yerli yaxşılaşdırılmış Hövsan, Sabir, Yerli Masallı, Yerli Xaçmaz) üstünlükləri bunlardır:

  1. Orta məhsuldarlıq sortlar üzrə                   ⇔                          196,0-200 sen/ha;
  2. Vegetasiya müddəti soğanaqların əkilməsindən (günlə) ⇔   100-105;
  3. Toxum səpilməsindən                                    ⇔                      100-115 gün;

Keyfiyyət göstəriciləri:   quru maddə 10-20%

  • şəkər     ⇔      6-12%;
  • zülal     ⇔      2,0-2,5%;
  • vitamin C ⇔   2-10%;

Soğan əkini və əkinlərə qulluq

baş soğanıSoğan növbəli əkində xiyar, kələm, pomidor, kartof, bostan bitkilərindən sonra əkilə bibər. Torpağın hazırlanması payızdan başlanmalıdır. Torpaq və iqlim şəraitindən asılı olaraq aşağıdakı müddətlərdə səpin aparılmalıdır.

Yazda                        Payızda

Lənkəran Astara     5.II-20.II       ⇔           25.IX-30.IX

Quba-Xaçmaz         20.II-10.III    ⇔          10.IX-15.IX

Abşeron                  20.II-15.III     ⇔          1.X-15.X

Gəncə-Qazax           5.III-20.III     ⇔           20.IX-30.IX

Soğan bitkisi alaqsız yerdə əkilməli, əkindən qabaq hər hektara 120-150 kq azot və fosfor, 80-120 kq kalium gübrəsi verilməsi məsləhətdir.

Cücərtilər 2 dəfə seyrəldilməli, sonra becərmə işləri aparılmalıdır.

Soğanın yerli sortlarının hər hektarından 600-700 kq yüksək reproduksiyalı toxum almaq olar.

Soğanın geniş yayılmış xəstəlikləri: yalançı unlu şeh (perenosporoz), boğaz çürüməsi və sürmədir.

Bu xəstəliklərə qarşı mübarizə də tələb olunan funqisidlərdən istifadə olunur.

Bir hektar sahədə soğan yetişdirilməyəsinə 15952 manat xərc çəkilmiş, 1 kq toxumun maya dəyəri 41,97 manat təşkil edir.

Mənbə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669