“Başı bəlalı” hinduşka

Hinduşka haqqında maraqlı məlumatlar…

Qırqovullar fəsiləsinə aid olan hinduşka əhilləşdirilmiş ev quşlarından biridir. İki növü vardır : Meleagris gallopavoMeleagris ocellata.

Meleagris gallopavo Şərqi və Cənubi Amerika mənşəlidir. Digər növü olan Meleagris ocellata isə Meksikanın Yukatan əyalətinə aiddir.

Hinduşka haqqında maraqlı fakt…  Hinduşka Amerikaya ilk köçənlər tərəfindən kəşf edilmiş, XVII əsrin əvvəllərində Avropaya gətirilmişdir. Ölkəmizə isə 1730-cu ildə İspaniyandan gətirilmişdir. Bizdə ən çox qara, tunc, ağ enlidöş hinduşka cinslərinə rast gəlinir. Onlar müxtəlif şəraitə asanlıqla uyğunlaşır, tez böyüyür, yaxşı keyfiyyətləri ilə seçilirlər.

Hinduşkanın vətəni Amerika olsa da, müxtəlif ölkələrdə onu başqa ölkəyə aid edərək adlandırırlar. Bunun isə iki əsas səbəbi var:

  1. Birincisi Xristofor Kolumbun Amerika qitəsini Hindistan adlandırması;
  2. Digəri isə müstəmləkəçilik prosesinin davam etməsi idi. Yəni XVII əsrdə də dünyanın müxtəlif hissələrinin bir neçə dövlətin müstəmləkəsi altında alması.

Fransa, Portuqaliya, İspaniya, İngiltərə, Osmanlı imperiyası kimi nəhəng dövlətlərin dünyanı aralarında bölməyə çalışmaları siyasi, iqtisadi, ticari, mədəni cəhətdən hər şeyə təsir göstərirdi. Məhz bunlara görə“başı bəlalı” hinduşka səhvən başqa ölkənin quşu kimi adlandırılırdı.

Necə?

Bu quşun kəşfi zamanı Aralıq dənizində ticarət türklərin əlində idi. Yeni qitədən gələn hindiləri və məhsulları İngiltərəyə “Turkey Merchants” adı ilə tanınan “Levant Company” adlı şirkət çatdırırdı. Ona görə də türklər tərəfindən İngiltərəyə gətirilən bu quşa Turkey bird (Türk quşu) və ya Turkey cock (Türk xoruzu) dedilər. Lakin türklər kimi bir çox xalqlar onun Hindistandan gəldiyini zənn edərək onu hind quşu, hind xoruzu deyə adlandırmışlar. Məhz elə

agroexperaz_hinduska adlari

Fransada Kolumbun səhv kəşfi ilə əlaqəli Hindistandan gələn mənasında Coq İndien, daha sonra qısaca dinde (hind xoruzu) kimi adlandırılıb. Hollandlar isə kalkoen adını vermişlər. Hollandlar bu adı tacirlərinin ticarət etdiyi Hindistan limanlarından birinin adına uyğun vermişlər. Daha sonra bu söz Finlandiya, Norveç, İsveç, Danimarka kimi ölkələrin də dilinə keçmişdir.

Hər kəs bu quşun Hindistandan gəldiyini düşünürdü. Hindlilər isə portuqaliyalılar tərəfindən Hindistana gətirilən bu quşu, o zamanlar İspanların idarəsi altında olan Perudan gəldiyini düşünmüşlər. Bu səbəbdən ona Peru bird (Peru quşu) demişlər.

Təkcə bu ölkələrdə deyil, dünyanın bir çox ölkəsində yaranan bu qarışıqlıq hinduşkanın adı ətrafında kiçik bir zarafata çevrilmişdir.

 


Ən sərfəli hinduşka cinsləri hansılardır? 

Öyrənmək üçün Oxu…

One thought on ““Başı bəlalı” hinduşka

  • Yanvar 29, 2018 at 6:56 səhər
    Permalink

    Çox maraqlı məqalədir. Bilmədiklərimi burda oxuyub bildim. Təşəkkür edirəm.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика