Bu bəkməz ağciyər xərçənginə faydalıdır

Demək olar ki, təbiətdə olan bütün bitkilər orqanizmimiz üçün olduqca faydalıdır. İnsanın elə bir xəstəliyi yoxdur ki, onun əlacı təbiətdə olmasın. Belə şəfalı bitkilərdən biri də keçibuynuzudur. Keçibuynuzu 5-10 metr boyunda, qışda yarpaqlarını tökməyən həmişəyaşıl və yay aylarında yaşıl rəngli çiçəklər açan, qara buynuz şəklində meyvələri olan bir ağacdır. Keçibuynuzu meyvəsindən hazırlanan bəkməzin sağlamlığa faydaları isə saymaqla bitmir.
Keçibuynuzu bəkməzinin faydaları
- Bəlğəmi azaldır, sinəni yumşaldır, bronxları açır, siqaret çəkənlərə faydalıdır və nəfəs daralmasına olduqca təsirlidir.
- Tərkibindəki E vitamini sayəsində öskürəyə, qripə, sümük əriməsinə və qansızlığa kömək edir.
- Ağciyər xərçənginin qarşısını alır
- İnsanlığın ən dəhşətli bəlası olan ağciyər xərçənginin qarşısını 90 faiz alma gücünə malikdir.
- Nəfəs daralmasına təsirli
- Radiasiyanı çıxarır
- İnsan orqanizminə daxil olan radiasiyanı xaric edir.
- Bağırsaq narahatlıqlarını aradan qaldırır
- Yüksək xam seluloz tərkibi ilə bağırsaq narahatlıqlarına və qastritə faydalıdır. Mədə və bağırsaq qazlarını xaric edərək mədədəki köpüi azaldır. Bağırsaq qurdu, soxulcan kimi bağırsaq parazitlərini təmizləyir. Mədəyə qüvvət verir.
- Yara və iltihabları sağaldır.
- Bakteriyanı yoxedici xüsusiyyəti ilə yara və iltihabların asanca sağalmasına kömək edir.
- Təbii güc və qida qaynağı.
- Tərkibindəki yüksək təbii şəkər, zəngin minerallar (xüsusilə sink) və vitaminlər (A, B, B2, B3, D) sayəsində təbii güc və qida qaynağıdır.
- Diş və diş ətlərinə faydalıdır.
- Yüksək mineral və vitamin tərkibi ilə diş və diş əti üzərində çox müsbət təsirləri var.
- Ürəkdöyünmənin qarşısını alır
- Ürəyə faydalıdır, ürəkdöyünmənin qarşısını alır.
- Qandakı zəhərli maddələri təmizləyir
- Yüksək sodium və potasium tərkibi sayəsində təzyiq, qaraciyər və ağciyərə çox faydalı təsirləri var. Qandakı zəhərli maddələri təmizləyir
- Qripə, öskürəyə faydalıdır
Saytımızın məqsədlərindən biri də insanımızın təbii yollarla sağlamlığını qorumasına yardımçı olmaqdır. Öz təcrübəmdən bunu da əlavə edə bilərəm ki, yarışdan qabaq idmançılar (üsusən güləşçilər) keçibuynuzu yeməyi tövsiyyə edirlər. Həmçinin bir həkim dostum da uşaqların immunitetini artırmaq üçün bu bəhməzi tövsiyyə edir. Gördüyünüz kimi keçibuynuzu bəhməzinin faydaları saymaqla bitməz. Saytımızın bu bölümündə digər faydalı və orqanik məhsullar haqqında oxuya bilərsiniz.