Xəbərlər

Bərdə rayonunda tərəvəz istehsalı artıb

Ötən il Bərdə rayonunda digər kənd təsərrüfatı məhsulları kimi tərəvəz istehsalında da artıma nail olunub.

    Tərəvəz istehsalı

agroexpert.az_terevez_istehsaliBərdə Rayon Statistika İdarəsindən bildirilib ki, kəndli fermerlər və torpaq mülkiyyətçiləri ötən il 2549 hektarda tərəvəz bitkiləri becəriblər.

Bu, əvvəlki ilin müvafiq dövründəkindən 270 hektar çoxdur. Sahələrdən 87 min 124,4 ton məhsul götürülüb. Tərəvəz bitkilərinin orta məhsuldarlığı hər hektardan 341,8 sentner təşkil edib.

2017-ci illə müqayisədə yığılan məhsul 45 min 224,7 ton, məhsuldarlıq isə 158 sentner çoxdur.

 

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!