Berqamot bitkisi nədir və berqamotlu çayın nə kimi faydaları var?

Berqamot sitrus meyvələri ailəsindən, limona bənzəyən bir bitkidir. Bu bitkinin qabığından yağ əldə edilir və bu yağ da sonradan çaya ətir vermək üçün istifadə olunur.

Berqamot meyvələri çox asanlıqla soyulur və meyvənin özü kiçik bir toxum tərkibi ilə olduqca şirəli olur. Olduqca dadlı və bir az da turş meyvədir, amma acılıq baxımından hətta qreyfrutdan da aşağı deyil.

berqamot çayı nədən hazırlanır agroexpert.az
Berqamot bir çox faydalı xüsusiyyətlərə malikdir.

Bu bitki sakitləşdirici xüsusiyyətlərə malikdir, həzmi yaxşılaşdırır, həmçinin yaxşı bir antiseptikdir. Bu xüsusiyyətə görə berqamot həzm, sidik və tənəffüs sistemlərinin xəstəliklərindən əziyyət çəkənlər üçün faydalıdır.

Berqamotlu qara çay əhvalımızın yaxşılaşması üçün, yorğunluğu aradan qaldırmaq və beynimizə rahatlıq gətirmək və fikrimizi cəmləməyə kömək edəcəkdir. Berqamot çayı həm də dəri üçün çox yaxşıdır. Bu çayın müntəzəm istifadəsi piqment ləkələrinin və qırışların keçməsinə kömək edir.

Berqamot bir sıra faydalı xüsusiyyətlərə malikdir və bu faydalar əsasən orqanizmə, immunitetə gücləndirici təsir göstərir. Qrip və soyuqdəymə qarşı çox faydalıdır, çünki yaxşı bir antiviral və antipiretikdir.

Berqamot yağı güclü antiinflamatuar xüsusiyyətlərə malikdir. Buna görə də o yanıq, ekzema, böcək dişləməsi və hətta sədəf müalicəsində geniş istifadə olunur.

Arterial qan təzyiqi problemlərindən əziyyət çəkənlər üçün berqamotun tərkibindəki maddələr problemlərini həll etməyə kömək edəcəkdir.

Berqamot həmçinin antifunqal və antiparazitik xüsusiyyətlərə malikdir. O yağlı və qarışıq dəri növləri üçün faydalıdır. Bu səbəbdən yağ və tər vəzilərinin fəaliyyətini normallaşdırmağa kömək edir.

Həmçinin nəzərinizə çatdıraq ki, berqamot bitkisi  kifayət qədər güclü bir afrodizyakdır.

Bəs berqamot çayı necə hazırlanır?

Çayı dəmləmədən əvvəl çaydana qaynar su doldurun və onu qızdırın. Hər bir stəkan üçün bir çay qaşığı berqamot yarpağı hesablanması ilə çay yarpaqlarını dəmliyə tökün . Üzərinə qaynar su əlavə edərək dəmləyin. Və budur! Berqamot çayınız hazırdır! Onu stəkanlara süzün, inanılmaz dad və ətirdən ləzzət alın.

Qeyd edək ki, bu çayın çox sevildiyi İngiltərədə o süd əlavə edilərək, şirniyyat və müxtəlif qəlyanaltılar ilə birlikdə ənənəvi bir axşam çay süfrəsində verilir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!