Bəyaz çay yetişdirilməsi

Vətəni Çin olan çayın demək olar ki, bütün növləri orada becərilir. Bəyaz çay da ilk dəfə Çində yetişdirilməyə başlanılıb. Bəyaz çay ilk olaraq 600-cü illərdə imperatorun ailələri tərəfindən istifadə olunub. İmperator Hattan Tangın bağında əkilən gümüş tikanlı bəyaz çay dünyada ən bahalı bəyaz çaydır.

Gümüş tikanlı bəyaz çaya tələbat çox olduğu üçün qiyməti həmişə yüksək olaraq qalır. Əsas yetişdirmə Çinin Fujian əyalətində aparılır.

Təsərrüfat üçün uyğun iqlim şəraiti olan ərazidə bəyaz çay yetişdirmək mümkündür. Lakin bəyaz çay digər çay növləri kimi asan yetişən bir növ deyil. Bəyaz çay yetişdirmək istəyirsinizsə çay bitkisinin ehtiyacı olan yağışları bol olan ərazi seçməyininz daha düzgündür.

bəyaz çay - ağ çay faydaları və istifadəsi agroexpert.az
Bəs başqa iqlim şəraiti olan ərazilərdə də bəyaz çay yetişdirmək mümkündürmü?

İstənilən iqlim şəraiti olan ərazidə təsərrüfata uyğun şəraiti quraraq çay yetişdirmək mümkündür. Ancaq bu həm məhsuldarlıq, həm də keyfiyyət baxımından istənilən kimi yüksək olmayacaq. Hətta qazanacağınız məbləğ də xərclədiyiniz pulu qarşılamayacaq. Buna görə uyğun çay yetişdirəcək ərazilərdə bu işlə məşğul olmağınız daha düzgündür.

Bəyaz çay yetişdirmək üçün fərqli bir ağac və ya kol əkmək lazım deyil. Bəyaz çay da qara və yaşıl çayın yetişdirildiyi kol formasındakı bitkidən əldə edilir.

Bəyaz çayda qara və yaşıl çaya nisbətən daha az fabrikat prosesi baş verir. Oksidləşmə prosesinə məruz qalmadan qurudulur. Bu da antioksidan nisbətini yüksəldir.

Bəyaz çay baharın əvvəlləri və sonu (mart-aprel) çay yarpaqlarını açmamış tumurcuq halında toplanır.

Bu tumurcuqlar ilk olaraq soldurulur, sonra isə qurudulur. Bu prosesin təbii şəkildə edilməsi lazımdır.

Bəyaz çay yağışlı havalarda yığılmır. Əks halda yığacağınız çay tumurcuqları xarab olar.

Bəyaz çay açmamış halda yığıldığı üçün qara və yaşıl çaya nisbətən daha az miqdarda olur. Lakin dəyərə gəldikdə isə insanların açılmış ağır çayı deyil, daha bahalı və bir çox xəstəliklərə dərman olan bəyaz çayı seçməsi həmin fərqi aradan götürür.

Çayın yığım seçimi sırf təsərrüfat sahibinin seçimidir. Əkinçilər keyfiyyətə görə bəyaz çay istehsalı ilə demək olar ki, çox az məşğul olurlar. Bəyaz çay istehsalının böyük hissəsi fabriklərdə həyata keçirilir.

Bəyaz çay alətlərin köməyi və ya traktor ilə yığılacaq bir bitki deyil. Hədsiz sıx kollu olması və sadəcə üst yarpaqların yığılmasına görə əl ilə dərilməlidir. Buna görə işçi təlabatı yüksəkdir. Çünki yığımı olduqca zəhmətli bir işdir. Belə ki, bəyaz çayın yığımı normal çaydan 10 qat artıq zəhmət tələb edir. Sadəcə qayçı ilə çay yarpaqlarını kəsməyə bənzəmir. Yığacağınız tumurcuqları bir-bir yoxlamalı və lazım olan şəkildə yetişmiş, açmamış tumurcuqları dərməlisiniz. Bunu isə bir nəfər işçi ilə həyata keçirmək mümkün deyil.

Bəyaz çay yığımında yalnız işçi deyil, hava şəraiti də problemlər yaradır. Yağışların davam etdiyi yazın əvvəlləri yığımı həyata keçirmək payız yığımına nisbətən daha çətindir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673