Bəyaz çayın faydaları və istifadə qaydası

Hər gün dəmləyərək içdiyimiz çayın bir neçə növü var. Yaşıl çay növünün də artıq kifayət qədər tanınmasına baxmayaraq ölkəmizdə bəyaz çay o qədər də məşhur deyil. Hər iki çay növündən daha faydalı və qiymətinə görə də baha olan bəyaz çayın vətəni Çindir. Ölkəmizdə ismi yeni eşidilməyə başlanan bəyaz çay sağlığa və cildə faydalı çaylardan biridir. Ana vatanı Çin və Tayvan olan bu çay qara və yaşıl çay kimi eyni bitki mənşəli çaydır.

Şri-lanka, Hinditan, Tayvan, Nepal, Taylandda daha çox yetişdirilən bəyaz çayın latınca adı “Camellia sinesis”-dir.

bəyaz çay - ağ çay faydaları və istifadəsi agroexpert.az

Dərini daha gözəl və canlı edən bəyaz çayı gün ərzində 3 stəkan içmək kifayətdir. Sizlərə bu yazımızda dünyada faydalılığına görə daha çox istifadə edilən bəyaz çayın faydaları və istifadəsindən bəhs edəcəyik.

Faydalılığına görə yaşıl çaya bənzəyən bəyaz çay daha yararlıdır. 1 stəkan yaşıl çayda 20 mq kofein, bəyaz çayda 15 mq kofein var. Bu çayın yarpaqları tam açılmadan yığılır. Yəni bitkinin yetişməyən tumurcuqlarıdır. Baharın ilk günləri yığılaraq günəş altında qurudulduğu üçün çox az istehsal olunur. Az tapıldığı üçün qiymətinə görə də bahalı olan çay dadlı və ilıq içilən çaydır. Antioksidan tərkibi ən çox olan çaydır.

Çində yetişdirilən bəyaz çayın bölgələrdən asılı olaraq 5 növü var. Dünyada ən çox bilinən və içilən bəyaz çay isə “Bai Hao Yinzh”- dir. Bu çay başqa adla “Gümüş tikan” olaraq da tanınır. Digərləri isə Bai Mu Dan, Shoi Mei, Gong Mei, bəyaz puerh çayıdır. Şri Lankada yetişdirilən bəyaz çay Seylon bəyazı, Darjeling bəyazı, Assam bəyazıdır. Şri Lanka’da toplanan bəyaz çay, Afrikada – Kenya və Malavi bölgələrində yetişdirilən bəyaz çaya Afrika bəyazı deyilir.

Bəyaz çayın xüsusiyyətləri
  • Yüksək antioksidan xüsusiyyətinə malikdir.
  • Tərkibində yaşıl çayda olan aktiv katexinlər var.
  • Çaya ləzzət verən polifenolların içərisində theaflavin çox azdır. Bu görə də şirindir.
  • Çaya rəng verən thearubigins, bəyaz çayda demək olar ki, yoxdur.
  • Onun turşuluğu pH miqyasına görə 4 – 7 arasındadır. Bu istifadə etdiyiniz ağ çay növünə görə dəyişir. Digər çaylarla müqayisədə bədən üçün ən zərərsizdir.
Bəyaz çayın faydaları
  • Artıq çəkidən xilas edir
  • Xərçəngin müalicəsində istifadə olunur
  • Diabetin müalicəsində istifadə olunur
  • Enerjini qaldırır və diqqətsizliyi aradan qaldırır
  • Böyrək xəstəliklərinə
  • Qaraciyər xəstəliklərinə
  • Ağız və diş sağlamlığına
  • Həzm sistemini tənzimləyir
  • Dərini günəşdən qoruyur
  • Sızanaqların müalicəsində istifadə olunur
  • İltihabı azaldır
  • Ürək xəstəliklərinə faydalıdır

Qeyd edək ki, hamilə və süd əmizdirən anaların içməsi məsləhətli deyil.

Bəyaz çayın hazırlanması 250 ml suyu qaynatmadan  75-85 dərəcədə isitmək lazımdır. Bir dəqiqə sonra içinə 2 çay qaşığı bəyaz çay əlavə edilərək 5-8 dəqiqə ərzində dəmlənir. Sadə və ya dadlandırıcılarla içmək zövqə görə dəyişir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!