Beyləqan və Zərdab pambıqçılarının məhsul yığımı davam edir

Beyləqan və Zərdab rayonlarında pambıq yığımına başlanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, 2020-ci ildə 3200 hektarı “Azərpambıq” MMC, 3888,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 820 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 835 hektarı isə innovasiya təsərrüfatında olmaqla, 8743,7 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib və nəticədə tarlalarda bol məhsul yetişib.

pambıq yığımı agroexpert.az

Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defoliasiya) həyata keçirilib. Rayonda pambıq yığımına 45 ədəd pambıqyığan kombayn cəlb ediləcək. Hazırda isə pambıq yığımı əl ilə aparılır. Rayon pambıqçıları 9762 kiloqram məhsul toplayaraq tədarük məntəqələrinə təhvil veriblər.

Bu mövsüm rayon üzrə 26 min tondan çox pambıq istehsalı gözlənilir.

Zərdab rayonunda cari mövsümdə 2520 hektarda pambıq yetişdirilib. Tarlaların 1800 hektarının məhsulu texnikanın qüvvəsi ilə yığılacaq. Hazırda məhsul yığımına 8 pambıqyığan kombayn, 11 traktor və 22 qoşqu cəlb olunub. Az vaxtda maşınlarla 77 ton pambıq yığılıb.

Qeyd edək ki, rayonda strateji məhsul olan pambığın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Əl ilə yığım üçün hər gün 1300 nəfərdən çox işçi sahəyə çıxır. Bu günədək rayon üzrə, ümumilikdə, 272,3 ton “ağ qızıl” toplanıb ki, bunun 226,9 tonu “MKT-İK” MMC, 45,4 tonu “P-Aqro” MMC tərəfindən tədarük olunub. Bölgənin daha çox pambıq əkilən Bəyimli qəsəbəsində, Şahhüseyinli, İsaqbağı, Körpükənd, Şəftəhal, Şıxbağı ərazi dairələrində yığım daha mütəşəkkil aparılır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669