Beynəlxalq bankdan kənd təsərrüfatına dəstək – Müsahibə

Bildiyimiz kimi Kənd Təsərrüfatı Nazirliyindən fermerlərə və sahibkarlara xüsusi diqqət və müəyyən subsidiyalar ayrılır.

Bəs Azərbaycanda fəaliyyət göstərən banklarda vəziyyət necədir? Banklardan kənd təsərrüfatı sahələrinə nə kimi güzəştlər təklif olunur?

Agroexpert.az saytı olaraq mütəmadi şəkildə sizə ölkəmizdə fəaliyyət göstərən müxtəlif bankların kənd təsərrüfatına dəstəyi, verilən güzəştli kreditlər və təkliflər haqda məlumatlar çatdıracağıq.

Bu yazımızda sizlərə Beynəlxalq bankın kənd təsərrüfatına etdiyi dəstək, verilən güzəştli kreditlər və təkliflər haqda müsahibəsini təqdim edirik.

beynəlxalq bank agroexpert.az
Bankınız Kənd təsərrüfatı sahələrinə hansı dəstəkləri verir?

           “Azərbaycan Beynəlxalq Bankı” ASC  kənd təsərrüfatı təyinatlı layihələrin maliyyələşdirilməsində həm bank vəsaiti, həmdə fond və agentliklərin güzəştli vəsaitlərindən istifadə edərək kənd təsərüfaıtının inkişafına öz töhvəsini verməkdədir.  

Kənd təsərrüfatının inkişafı üçün bir layihə həyata keçirmisiniz və ya hər hansısa bir layihədə iştirak etmisiniz?

         Hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC AR Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi və həmçinin də AR İqtisadiyyat Nazirliyinin Sahibkarlığa İnkişafı Fondu ilə sıx əməkdaşlıq edir və dövlət əhəmiyyətli layihələrdə aktiv iştirak edir.

         2020-ci ilin əvvəlində bankımız AKİA və Frankfurt School of Finance & Management birgə layihəsi olan AZALES (Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi) proqram layihəsinə qoşulmuşdur.

          Eyni zamanda bank Beynəlxalq Maliyyə Korporasiyası (İFC) tərəfindən yaradılmış və nəğd pul dövriyyəsinin aqro-risk baxımından qiymətləndirilməsi üzrə vasitə olan CLARA proqram təminatının istifadə hüququnu almışdır.

Kənd təsərrüfatı üçün ayrılan güzəştli kreditləriniz hansılardır?

       Bank sahibkarlıq subyektləri tərəfindən təqdim edilən kənd təsərrüfatı təyinatlı layihələrin xarakterindən asılı olaraq bankın öz vəsaiti üzrə güzəşt müddəti tətbiq etməklə müxtəlif maliyyələşdirmə variantları təklif edə bilər.

     Eyni zamanda bank tərəfindən AKİA və SİF-in güzəştli vəsaiti tələblərinə uyğun layihələr də qiymətləndirilir.

      Əlavə olaraq, kənd təsərrüfatı texnikası və damazlıq heyvan alışı üzrə AKİA-nın dövlət büdcəsi hesabına subsidiya mexanizmi şərtləri ilə dəstək verdiyimiz layihələrin sayında mütəmadi artım müşahidə olunur.

Xarici bankların bu sahədə tətbiq etdiyi təcrübə proqramlarında iştirak etmisiniz və ya o digər ölkələrin təcrübələrindən istifadə etmisiniz?

Qeyd edim ki, bizim təşəbbüsümüz ilə Beynəlxalq Maliyyə Korporasiyası (İFC) tərəfindən banka  kənd təsərrüfatı subyektlərinin maliyyələşdirilməsi üzrə maliyyə məhsullarının yaradılmasına dəstək, kənd  təsərrüfatı üzrə kredit portfelinin yaradılması və kredit mütəxəssislərinin aqrar-maliyyə biliklərinin təkmilləşdirilməsi üçün təlimlərin keçirilməsi, kənd  təsərrüfatı üzrə dəyər zəncirinin iştirakçıları ilə korporativ əməkdaşlığın formalaşdırılması və onların maliyyələşdirilməsi imkanlarının araşdırılması üzrə xidmətlər də göstərilmişdir.

beynəlxalq-bank-kənd-təsərrüfatı-agroexpert.az_
Kreditlərin həcmi maksimum və minimum necədir?

     Bank vəsaiti üzrə layihənin xarakrterindən asılı olaraq maliyyələşdiriləcək məbləğ dəyişə bilir.

    AKİA vəsaiti üzrə

  • layihə təyinatlı  200 000 manatadək;
  • kənd təsərrüfatı texnikasının və damazlıq heyavn alınması üçün 1 000 000 manatadək;   

     SİF vəsaiti üzrə

  • layihədən asılı olaraq  10 000 000 manatadək kreditlər təklif edilir.   
Ayrılan kreditlər daha çox hansı növ sahibkarlar (kiçik, orta, böyük) üçün nəzərdə tutulur?

           Say və məbləğ olaraq bank tərəfindən əsasən, kiçik və orta sahibkarlıq subyektlərinin təqdim etdiyi layihələr maliyyələşdirilmişdir. 

Əkinçilik yoxsa maldarlıq təsərrüfatı üçün daha çox müraciət edilir?

       Sonuncu müraciətlərə nəzər salsaq, əkinçilik və bağçılıq təsərrüfatlarının inkişafı yönümlü layihələr çoxluq təşkil edir. 

Niyə fermerlər bankdan kredit götürməkdən çəkinirlər?

      Bununla bağlı müəyyən məqamları qeyd etmək olar. Əvvəla, fermerlərin biznes proses və maliyyə qeydləri ilə bağlı məlumatları banka təqdim etməkdə tərəddüd edirlər.

      Növbəti məqam “kredit” borclanma psixologiyası ilə bağlıdır. Bu daha çox müştərinin xarakteri və şəxsi keyfiyyətlərindən asılıdır.

      Girov təminatının təqdim edilməsi məqamı. Bu zaman müştəri ən pis versiyanı düşünərək girovun əldən çıxması variantını fikirlərşir. Digər bir nüans isə kənd təsərrüfatı sahəsinin əsas cəmləşdiyi regionlarda girov təminatının mülkiyyət hüququnu təsdiq edən sənədlərin qaydasında olmamasıdır.

Fermer və sahibkarlara nələr təklif edərdiniz?

           Kənd Təsərrüfatı Nazirliyinin subsidiya sisteminə uyğunlaşdırılmış fermer kartlarınin ABB vasitəsilə paylanılmasının təşkil edilməsi. Bu prosesdən formalaşan məlumat bazası  gələcəkdə subsidiya alan şəxslərin fəaliyyətinin kreditləşdirilməsinə şərait yaradacaq.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669