Bəzi məqalələrdə Adsense çıxmır

Saytı düzəldib işə saldıqdan 6 ay sonra (Google politikaları gərəyi) Adsense qoşduq. Bunun üçün bir gmail istifadə elədik. Ad unit düzəldib yenə demək olar ki, 1 aydan çox gözlədik. Halbuki google özü deyirdi ki, 1 həftə ərzində aktivləşəcək. Ümumiyyətlə qərblilərin kapitalist siması  bu söhbətlərdə əməlli-başlı üzə çıxır. Qəpik-quruş verirlər zatən, onu da elə verirlər ki, Allah kəssin…

Adsense çıxmır

Nə isə 1 aydan sonra ad unitlərin aktivləşdiyini gördüm. Və bir-neçə məqalədə reklamlar görünməyə başladı. Amma yenə işlər düz getmirdi. Tək-tük məqalələrdə adsense çıxmır digərlərində çıxır. Bunu da bir balaca araşdırdıqdan sonra həll kimi qərara aldım ki:

  • Yeni ad unit düzəldib, əvvəlkilərin hamısını saytdan yığışdırım. 20-30 dəq gözləmək lazımmış ki, aktivləşsin.
  • ads.txt faylını da yoxlayın, görün yerindədirmi?!
  • Səhifədə bir-birinə yaxın reklamları yığışdırın.

Bunları eləsəniz bəzi səhifələrdə reklamın çıxıb, digərlərində çıxmaması problemi böyük ehtimal həll olacaq. Nəzərə alın ki, geolokasiyaya görə də reklamlar az-çox görünə bilir.

adsense çıxmır

Daha ətraflı araşdırma üçün adsense kömək linki yerləşdirirəm.

https://support.google.com/adsense/?hl=en#topic=3373519

Digər texnologiya xəbərləri üçün saytımızın bu bölümünə baxa bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107