Bildirçin cinsləri və gəlirli növləri

Bildirçin cinsləri

Bildirçin toyuqkimilər dəstəsinə (Galliformes) aid olub, bədənölçülərinə görə onların ən kiçik nümayəndələrindəndir.Vəhşi bildirçin (Coturnix coturnix) təbiətdə geniş yayılmışdır. Avropada, Afrikada, bir çox Asiya ölkələrində yaşayır. Köçəri quşdur. Çöllərdə, düzənliklərdə yaşayır. Təbii şəraitdə daimi cütlük yaratmırlar. Ana bildirçin yumurta qoyaraq, onun üzərində kürt yatır. Yuvasını yerdə qurur. Nadir hallarda erkək də balaçıxarmada iştirak edir. Cücələr 19 gündə lələklənir, 40 gündə yetkin formaya çevrilirlər.

! Orta Asiyada bu bildirçinləri qəfəslərdə «oxuyan» və «döyüşkən» quş kimi saxlayırdılar. Belə hesab edirdilər ki, bildirçin saxlanan evə xoşbəxtlik və var-dövlət gəlir. Bu növə yaxın Yapon və yaxud lal bildirçindir.

Bildriçini ev şəraitində saxlanması.

(Coturnix japonicus) Ev şəraitində yapon bildirçini saxlanılır. Onu xüsusi hazırlanmış qəfəslərdə də saxlamaq mümkündür.Bildirçin cinsləri və hansı növləri gəlirlidir

Yapon bildirçinini artırmaq üçün ailələrlə saxlamaq məqsədə uyğundur: 6 dişi fərd və 1 erkək fərd. Qəfəslərin ölçüsü 80x50x30 sm olmalıdır. Cavan fərdləri qəfəslərdə qrup halında saxlamaq lazımdır. 30 fərdin saxlanıldığı qəfəsin ölçüsü 100x50x30 sm-dən az olmamalıdır. Döşəmə tor şəklində, yaxud bütöv materiallardan olduqda 1 tərəfə meyilli olmalıdır. Lazım gələrsə, qəfəslər üst-üstə qoyulmalıdır. Qəfəslərə qumla doldurulmuş balaca yeşiklər (qutular) qoyulur ki, bildirçinlər orada ―çimsinlər və parazitlərdən azad ola bilsinlər.

Yumurta istehsal olunduqda dişilər erkəklərdən ayrı saxlanılır. İnkubatora yumurta qoyduqda bildirçinləri ailələrə ayırırlar. Sonradan qrupları təzələmək məqsədəuyğun deyildir (yumurta qoyma qabiliyyəti azalır, ölüm faizi çoxalır). İnkubatorda yumurtalar 17-18 gün qalır (t-37,50C və rütubət 60%). İnkubatorun daxilində hava həddən artıq quru olduqda qaba su qoymaqla nəmlik yaradılır.

Çıxan bildirçinləri 1-ci həftədə 33-350 ºC-də, 2-ci həftədə 30-32 ºC-də, 3-cü həftədə 25-26 ºC-də saxlamaq lazımdır. Sonradan temperature 20 ºC-yə qədər azaldılır. Ucuz və keyfiyyətli bildirçin əti almaq üçün əsas şərt onların yaxşı qidalandırılmasıdır. Yetkin fərdlərin rasionunda dənli yemlər əsas yer tutur (buğda, üyüdülmüş arpa, qarğıdalı yemi və s.), zülallı maddələr (kəsmik, təzə, xırdalanmış balıq), şirəli yemlər (kök, xırda doğranmış kələm, bişmiş kartof), təzə göyərti və mineral yem də rasiona daxil edilməlidir.

Bildirçinlərə 1-ci həftədə xırda doğranmış toyuq və bildirçin yumurtası, ayran (duzsuz), buğda sıyığı verilir, getdikcə onları iri quşların rasionuna keçirirlər. Bildirçin cinsləri və hansı növləri gəlirlidir

Yapon ev bildirçinləri 10-12 ay yumurta qoyur, sonradan onları ətliyə göndərirlər. Adi bildirçindən savayı ekzotik növ olan çin bildirçini də saxlanılır.

Keçmiş SSRİ ərazisində sənaye miqyasında bildirçinin 2 cinsi çoxaldılırdı: yumurtalıq yapon cinsi və ətlik faraon cinsi. Bir çox ölkələrdə seleksiya yolu ilə bildirçinlərin müxtəlif cinsləri yetişdirilmişdir. Daha geniş yayılmış və təsərrüfat əhəmiyyəti kəsb edən cinslər aşağıdakılardar:

 

  1. Bildiçinin gəlirli növləri

    1. İngilis ağ bildirçini – lələkləri ağdır, dişilərin çəkisi 142 q.-a qədərdir, il ərzində 280-300 ədəd yumurta verir.
    2. İngilis qara bildirçini – tünd rəngdədir. Diri çəkisi 145 q-a qədərdir, yumurta qoyma imkanı 280-300 ədəddir.
    3. Mancuriya qızılı bildirçini – sarımtıl-qəhvəyi rənglidir, qızılı rəngə çalır. Diri çəkisi 136-140 q-a qədərdir, 300-ə qədər yumurta qoyur.
    4. Yapon bildirçini – Yaponiyada artırılmış, hazırda geniş yayılmış cinsdir. Dişilərin diri çəkisi 130-140 q-dır. 30-40 gündə yumurta qoymağa başlayırlar, 300-ə qədər yumurta qoyurlar. Yumurtanın çəkisi 10-12 q-a qədər olur.
    5. Mərmər bildirçini – yapon bildirçininin mutant formasıdır. Öz çəkisi və yumurta qoyma qabiliyyətlərinə görə yapon bildirçinindən az fərqlənirlər.
    6. Faraon cinçi – rənginə görə yapon bildirçinindən fərqlənmir, dişilərin diri çəkisi 200-250, erkəklərin isə 150-200 qrama qədərdir. Bəzi dişilər hətta 300 qram diri çəkiyə malik olur. Dişilər 42-50 gündə yumurta qoymağa başlayırlar, 200-220-ə qədər yumurta (12-18 qram) qoyurlar. Ətlik cins kimi bu cins geniş yayılmışdır. 45 günlükdə 150-180 q-a qədər olurlar.
    7. Eston cinsi – Estoniyada alınmışdır. Dişilərin orta çəkisi 190-200q-dır, erkəklər isə 160-170 q-a qədərdir. Eston cinsinin əsas xüsusiyyəti onların həyat-yaşamaq qabiliyyətlərinin yüksək olmasıdır. 1 fərd gün ərzində 30-33 qram yem tələb edir.

 

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика