Bildirçin əti və yumurtası-keyfiyyət göstəriciləri

Bildirçin əti yüksək dad keyfiyyətinə malik olmaqla, zərif konsistensiyası, şirəliliyi və xoş ətri ilə fərqlənir. Qidalılıq, dietik və dad keyfiyyətinə görə bildirçin əti digər ətlərdən xeyli yüksəkdir. Xolesterinsiz olduğu üçün də çox qiymətlidir. Əti çox yüksək kalorilidir. Bildirçin yumurtası ürək, qaraciyər, ağ ciyər, böyrək, mədənin müalicəsində böyük effekt verir, sümükləri  bərkidir, xroniki xəstəlikləri müalicə edir. Onun ətini südlə bişirdikdə qaraciyər üçün çox faydalı olur.

Bildirçin yumurtasının toyuq yumurtasından fərqi

agroexpert_bildircin

 Toyuq yumurtasının tərkibində zülal, yağ, mineral maddələrdən əsasən fosfor, dəmir, kalsium və vitaminlərdən A, B1, B2, D, E, K və başqaları vardır. 100 qr yeyilən yumurta məhsulunda 0,18 qr fosfor, 0,003 qr dəmir, 0,137 qr kalsium vardır. Toyuq yumur-tasının 72,5 %-ni su, 13,3 %-ni zülal, 11,6 %-ni yağ, 1,5 %-ni azotsuz ekstraktiv maddələr və 1,1 %-ni kül təşkil edir. Yumurta ağının xüsusi çəkisi 1,045 qr, sarısının isə 1,020-1,028 qramdır. Toyuq yumurtasının sarısında pH-6,35-dir. Toyuq yumurtasının ağı 49-62 %, sarısı 23-40 %, qabığı isə 9-14 % təşkil edir. Normal 55-60 qr ağırlığında olan bir toyuq yumurtasının qidalılığı 75 bö-yük kaloriyə yaxındır.

Hər kq inək südündə 642 kalori olduğu halda, hər kq toyuq yumurtasında 1580 kalori vardır. Bildirçin yumurtasının tərkibi toyuq yumurtasından fərqli olaraq 73,3% sudan, 11,9% zülaldan, 0,6 % azotsuz ekstraktiv maddədən, 13,0% yağlardan, 1,2% küldən ibarətdir. 100 qr yumurta 168 kal enerji mənbəyi hesab edilir. Bildirçin yumurtası toyuq yumurtasından 5 dəfə kiçik olsada onun tərkibində  fosfor, kalium, də-mir 5 dəfə, vitaminlər (A, B qrup viraminlər) 2-3 dəfə çoxdur. D vitamini bildirçin yumurtasında aktiv formadadır. Bildirçin yumurtasında həm də mis, kobalt, əvəzolunmaz amin turşuları vardır.

Yumurta sarısında vitaminlər, pantoten turşusu və makro-mikro elementlər daha çoxdur. Tərkibində insan orqanizmi üçün çox faydalı yağ turşuları vardır.

Bildirçin yumurtasının qabığı kalsium karbonatlar və 27 elementlərlə (mis, fosfor, kükürt, sink, silisium və s.) zəngindir.

Başqa quşlardan fəqli olaraq bildirçin quşların bədən temperaturunun çox yüksək olması (+420 C)  və yumurta qabığının çox bərkliyi səbəbindən yumurtada heç bir infeksiya (o cümlədən, Salmonelyoz xəstəliyi) olmur. Yumurta otaq şəraitində 30 gün, soyuducuda isə 60 gün qala bilər.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика