Bildirçin quşu haqqında maraqlı məlumatlar

Vətəni Şimali Amerika sayılan bildirçin quşu haqqında maraqlı məlumatlar.

Dünyada təxminən 15 fərqli bildirçin növü var. Bu kiçik quşlar digər quş növlərindən bir sıra xüsusiyyətlərinə görə çox fərqlənirlər. Təxminən 18-25 sm böyüklüyündə olan bildirçinlər əsasən köç və ov quşlarından sayılırlar. Sərt dimdiyə sahibdirlər. Üzərlərində ağ, qara, qırmızımtıl qəhvəyi xətlər olur. Bəzi növ dişi bildirçinlərin başında “tac” (uzun tük topası) mövcuddur. Ağırlıqları 150-200 qramdır. Yaxşı baxıldıqda ildə ortalama 200 yumurta verə bilir ki, yumurtaların ağırlığı 9-10 qr.dır. Bildirçin quşu 6 ilə12 arasında yumurta qoya bilər və kürt yatma müddətləri 20-25 gün rasında dəyişər. Yumurtadan yeni çıxan cücə 2 aya yetkinləşər. Bir müddət sonra ailəsindən ayrılmağa hazır olar. bildirçin quşu haqqqında maraqlı məlumatlar

Bildirçin quşu toxum, yarpaq və digər bitki qalıqları ilə yanaşı, kiçik böcəklər, qurdlar da yeyir. Bu quşu əsasən tək gəzməyi, yaşamağı sevər. Lakin cütləşmə zamanı yüzlərlə bildirçin eyni areala toplaşar. Bildirçinlər növlərindən asılı olaraq gecə və ya gündüz aktiv ola bilər, gecə köç edə bilərlər.

Bu quşların vətəni Şimali Amerika hesab edilir. Lakin Cənubi Amerika, Avropa, Asiya, Afrika və hətta Avstraliyada da bu quşların müxtəlif növləri yaşayır. Bildirçin quşunun digər ərazilərdə yaşaması niyə bu qədər təəccüb doğurur? Çünki bu quşlar uzaq məsafələrə uça bilmirlər. Uzun uçuşlara dözə bilməyən bildirçinlər 40 hektar radiusda bütün həyatlarını yaşayırlar. Buna görə də vəhşi təbiətdəki bildirçinlərin təbii yolla digər materiklərə yayılması mümkünsüz görünür. Bildirçinlər 2-3 illik ömrə sahibdirlər. Vəhşi təbiətdəki bildirçinlər maksimum 2-5 il arasında ömür sürürlər. Onlar üçün əsas təhlükə mənbəyi olan yırtıcılar: tülkü, çaqqal, şahin, bayquş, ilan və pişiklərdir.

Bu quşlar əsasən süni yolla çoxalmışlar. Yaşadıqları mühitə asanlıqla uyğunlaşırlar. Buna görə ya çıxardıqları səsə, ya da yaşadıqları əraziyə görə adlandırılmışlar. Əti və yumurtası həm ləzzətli, həm də insan orqanizminə yetəri qədər faydalıdır. Bu səbəbdən dünyada onun əhilləşdirilməsinə, çoxaldılmasına, hətta bir biznes növünə çevrilməsinə böyük maraq olmuşdur və hələ də o böyük maraq davam edir.

Bildirçin ovu haqqında maraqlı məlumatlar

İsti iqlim quşu olduqlarına görə soyuq və sərt hava şəraitində yaşaya bilmirlər. Lakin daha çox köç zamanı tələf olurlar. Bunun iki əsas səbəbi var:  Birincisi ovçuların bu köç fürsətini yaxşı dəyərləndirmələridir. İkincisi isə sərt iqlim və şəraitə dözməyən bildirçinlər isti havaya dözə bilmədiklərindən, bədən temperaturları çox yüksəldiyindən elə ən çox köç zamanı tələf olurlar. Bununla yanaşı: bildirçin quşunun ovu

Bəzi bildirçinlər köç quşu olsa da, bəziləri ömürlərinin sonuna kimi eyni ərazidə yaşayarlar. Bildirçinlər sürətli uça və çox havada qala bilmirlər. Əsasən yerdə yaşayırlar. Yuvalarını ağac başında deyil, otların, kolların arasında, tarlalarda, kiçik çuxurlar yaradaraq qururlar. Təhlükə anında bəzi növləri sürətli uçmağa çalışar. Lakin uçuş məsafələri qısa olduğundan və çox yüksəkdən uça bilmədiklərindən asanlıqla ovlanarlar. Bəzi növləri isə sürətli qaçmağa, kolların arasında gizlənməyə çalışar. Bildirçinlər əsasən mart və may aylarında köç edərlər. Köç edilən yerlərə ilk olaraq erkək bildirçinlər gəlir. Daha sonra dişi bildirçinlər. Bildirçin ovu zamanı bütün bunları nəzərə almalısınız. Həmçinin əhilləşdirilmiş ov itlərindən istifadə etmək də məqsədə uyğundur. Bəzi ölkələrdə bildirçin ovu uçun xüsusi tarixlər qoyulmuşdur. Nəslinin tükənmə təhlükəsi olduğunu vurğulayaraq ovu məhdudlaşdırılmışdır.

Bildirçin quşu ləzzətli əti ilə yanaşı, suvenir  kimi istifadə olunması üçün də ovlanılır.

Azərbaycanda ovçuluq-ov quşları haqqında məlumat.

2 thoughts on “Bildirçin quşu haqqında maraqlı məlumatlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика