Bildirçin yumurtalarını kosmosa göndərirlər

Rusiyalı alimlər kosmik sınaq həyata keçirmək üçün Beynəlxalq Kosmik Stansiyaya bildirçin yumurtası göndərməyi planlaşdırırlar.

Gələn il Beynəlxalq Kosmik Stansiyada embrionların inkişafını öyrənmək üçün rusiyalı alimlərin stansiyaya içində bildirçin yumurtası olan bir inkubator göndərəcəklər. Rusiya Elmlər Akademiyasının Biotibbi Problemlər İnstitutunun elmi işlər üzrə direktor müavini Vladimir Siçev bu barədə RİA Novosti-yə açıqlamasında bildirib.

Vladimir Siçev keçiriləcək bu eksperimentlə bağlı bunları deyib:

” Bu eksperimenti etməkdə məqsədimiz yumurtaların həm bioloji, həm də fiziki keyfiyyətini artırmaqdır. Mütəxəssislərimiz tərəfindən embriyogenezin öyrənilməsi üçün avadanlıq yaradılıb. Bu avadanlığa bir sentrifuqa da aiddir ki, bunun da sayəsində yumurta həm süni cazibə qüvvəsində, həm də çəkisizlikdə tətqiq edilə bilir.

Alimin sözlərinə görə, keçən il kosmosda yumurta bərkidilməsi probleminin necə həll ediləcəyi ilə bağlı bir çox sual yaranmışdı. Bunun üçün formaldehidin istifadə ediləcəyi güman edildiyi üçün, istifadə ediləcək avadanlıq astronavtlar üçün tamamilə təhlükəsiz olmalıdır.

Formaldehid — ənənəvi adı latın sözü olub, “formika”dan götürülüb, qarışqa deməkdir, (CH2O) — rəngsiz qazdır.

Yumurta inkubatorunun stansiyaya 2021-ci ildə təhvil verilməsi planlaşdırılır.

“Planlara görə, avadanlıqların və yumurtaların Beynəlxalq Kosmik Stansiyaya bu il göndərilməsi nəzərdə tutulurdu, lakin  Rusiyanın yeni “Elm” modulunun işə salınması ilə əlaqəli olduğu üçün növbəti il ​​təxirə salınıb.

Bundan əvvəl “Roskosmos”dan RİA Novosti-yə bildirilmişdi ki, yeni “Elm” modulunun fəzaya buraxılması 2021-ci ilin ikinci rübü üçün planlaşdırılır.

Bildirçin quşu yumurtaları üzərində kosmosda artıq bəzi təcrübələr aparılıb, lakin bu eksperimentlərin hələ heç biri Beynəlxalq Kosmik Stansiyada həyata keçirilməyib. Hələ ilk dəfə 1979-cu ildə “Bion” adlı biopeykin daxilində orbitə bildirçin yumurtaları göndərilmişdi.

90-cı illərdə “Mir” orbital stansiyasında astronavtlar həm bildirçin yumurtası, həm də balalarının və yetkin  bildirçin quşları üzərində təcrübələr apardılar. Beləliklə, 1990-cı ildə ilk orbitdə yumurtadan ilk bildirçin çıxdı və 1999-cu ildə kosmosda doğulan bildirçinlər sağ halda Yer kürəsinə gətirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!