Bildirçin yumurtalarının inkubasiya keyfiyyəti

agroexpert.az bildirçin yumurtası

Bildirçin yumurtalarını inkubasiya üçün istifadə edərkən birinci növbədə onların yaşı nəzərə alınmalıdır. Adətən 8-10 həftəlikdən yuxarı bildirçinlərin yumurtası istifadə edilməlidir. Yumurtanın kütləsi 11-16 qr., hava qovuğunun (hava kamerasının) həcmi 0,8 sm3 olmaqla, küt (künə) tərəfdə yerləşməlidir. Möhkəmlik əm-salı 45 mkm, xüsusi çəkisi 1,05 q/sm, indeks forması 76-80%, yumurtanın sarısında vitamin A-18,1 mkq/q, vitamin B2– 6,4 mkq/q, yumurtanın qabığının qalınlığı 0,17 mm olmalıdır. Bildirçin yumurtası formaca düzgün, qabığı qüsursuz, sarısı mərkəzdə durmalı, bağları (ciyələri) bütöv olmalıdır. İnkubasiya üçün yığılan bildirçin yumurtası  quş damları üzrə ayrı-ayrılıqda ayda bir dəfə mütləq qaydada zootexniki laboratoriyada yoxlanılır. Yox-lama zamanı yumurta sarısının 100 qr-da A vitamini 18-20 mq-dan və karotinoidlər 15-17 mq-dan az olduqda bir qayda olaraq belə yumurtalar inkubasiya olunmur.

agroexpert44

Çıxım zamanı cücələr, onların ayaqları üstə möhkəm durmalarına, dimdik və ayaq-larının açıq sarı olmasına fikir verilməklə seçilir. Çıxımdan sonra  6-12 saat ərzində, hər yeşikdə (ölçüləri 30x30x10 olmaqla, 4 yerə bölünməklə, hər bölümdə  25 baş hesabı ilə) 100 baş bir günlük bildirçinlər əvvəlcədən hazırlanmış binalara göndərilir. Binalar əvvəldən dezinfeksiya edilir. Dezinfeksiya zamanı bütün inver-tarlar yuyulur, lazımı yerlər ağardılır. Bu zaman dezinfek-siyaedici vasitə kimi 2%-dək natrim-hidroksid, 10%-dək kal-siumlu soda, xlorlu əhəngdən istifadə edilməlidir. Çıxımdan sonra  6-12 saat ərzində, hər yeşikdə (ölçüləri 30x30x10 olmaqla, 4 yerə bölünməklə, hər bölümdə  25 baş hesabı ilə) 100 baş bir günlük bildirçinlər əvvəlcədən hazırlanmış binalara göndərilir.

Bildirçin cücələri

Bildirçin cücələrini 10 gün xüsusi yeşiklərdə də (30x30x10 ölçülü) saxlamaq olar. Bu zaman yeşiyin üstünü narın deşikləri olan  setka ilə örtmək lazımdır. Sutkalıq bildirçinlərin çəkisi 6-10 qr-a qədər olur. Çəkilərinin az olmasına baxmayaraq bir ay müddətində tez yetişərək öz çəkilərini 15 dəfə artıra bilirlər.  İnkubasiya üçün ayrılmış bildirçin yumurtası ikitərəfli hava cərəyanında saxlanmamalıdır, çünki o, buxarlanmanı sürətləndirir və beləliklə, qabıq qişasından havanın daxil olmasını azaldır. Yumurta onun şiş ucu yuxarı olmaqla və ya yanı üstə qoyulmaqla saxlanmalıdır. Yumurta ambarında havanın temperaturu 8-120C, nəmlik 75-80% olmalıdır.

Bildirçin yumurtası və əti haqqında daha ətraflı bu məqaləmizdə tanış ola bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673