Quşlar

Bildirçinin faydalarını bilirsinizmi?

Bildirçinin faydaları nədir?

Bizim ölkədə bildirçin saxlanılması aqrobiznes kimi yeni sahədir. Bu bizness bildirçin yumurtalarını əldə etmək üçün istifadə edilir. Eyni zamanda bu quşları xüsusilə də qurmanlar (şef aşbazlar) tərəfindən bəyənilən əti üçün saxlayırlar.
Sözü gəlmişkən, expertlər deyirlər ki, quş bazarının bu sahəsi demək olar ki, boşdur. Ona görə də bu işə peşmançılıq hissi keçirmədən başlaya bilərsiniz. Gəlin  bildirçin biznesinin hansı üstünlüklər olduğunu öyrənək: 

bildirçinin faydaları

  1. Başqa ev quşları növlərindən fərqli olaraq bildirçin yumurtalarında insana lazım olan yararlı maddələr daha çoxdur. Bildirçinin yumurtası bədəndən ağır metalları və radiasiyanı təmizləyir.Onlarda xolestirin, viruslar və bakteriyalarda yoxdur, əhəmiyyətli dərəcədə vitaminlər və mikroelementlər çoxdur nəyinki toyuq yumurtalarında.
  2. Bütün məktəblərin yemək proqramlarında və diyetoloqların öz proqramlarında bildirçin yumurtalarını yeməyin əsas tərkib hissəsi olaraq məsləhət görürlər.
    Yaponiyada bu məhsulunan qidalanma qanunvericiliklə tənzimlənib. Uşaqlara bildirçin yumurtalarını dərslərin başlanmasından əvvəl yedizdirirlər. Onlar uşaqlarda beyinin yaxşı inkişafına təsir edir.
  3. Həkimlər çox vaxt mədə-bağırsaq xəstəlikləri zamanı yazırlar. Çiy bildirçin yumurtaları yara və mədə xəstəlikləri zamanı  şəfa təsirinə malikdir. Əgər hər hansı insan yada uşaq bildirçin yumurtaları yeməyi sevmirsə onda onları gündəlik yeməyin (şorbalar, sulu yeməklər, sıyığlar və purelər) içinə əlavə edir yeyin.
    Profilaktik tədbir vasitəsi kimi mütəxəsislər məsləhət görürlər ki, ildə bir dəfə (yaxşı olar ki soyuq vaxtlarda) hər gün bir ay ərzində bildirçin yumurtaları  və ətini istifadə edəsiniz. Bu ürəyin, ciyərin və böyrəyin günlük funksiyalarını asanlaşdıracaq.
    Yumurtaların qəbulunun ən yaxşı üsulu yeməkdən yarım saat əvvəl çiy şəklində içmək və üstündən biraz su içməkdir.
  4. Bəs siz bildirçin məhsullarının qiymətlərini bilirsinizmi? Gəlin misal kimi toyuq və bildirçin məhsullarının qiymətlərinə baxaq və müqaisə edək. bildirçinin faydaları
    Bildirçin məhsulunun qiymətləri 1-2 manatdan başlayır.
    Yani 150qr bildirçin əti 1.65 manat; 175qr – 1.75 manat; 200qr – 1.85 manat, qurudulmuş bir növü 2.35 manat qiymətindədir, bildirçin yumurtalarının 20 ədədi  – 2.2 manatdır.
    Bir toyuğun əti 4.20 – 4.60 manat arası dəyişir. Bazarda isə toyuğun döş ətinin kiloqramı 6-6.5 manat arası qiymətindədir. Toyuq yumurtaların 10 ədədi 2 manatadır.

     

Bilrdiçin məhsulları

Bu məlumatların əsasında biz nəticə çıxarda bilərik ki, bildirçin məhsulları sözsüz ki, daha keyfiyyətli və ucuzdur.

Düzgün marketing siyasətinin tətbiqi və dəqiq yanaşma ilə, siz uğur əldə edə bilərsiniz. Siz yalnız konkret quş növünün seçimini düzgün etməlisiniz. Aşağıda ən çox gəlirli quş növləri qeyd edilib:

Manjur Ət 220əd 150-300 qr
Eston Yumurta 300-310əd 170-200 qr
Faraon Ət 200əd 200-300 qr
Smokinq Ət-yumurta 280əd 140-180 qr
Vircin Ət-yumurta 40-60əd 80-145 qr
Yapon Yumurta 250-300əd 100-150 qr

Nəticə

Bizim tərəfimizdən sizə təqdim edilən cədvəl ilə tanış olandan sonra siz özünüz üçün müvaffiq nəticələr çıxarda bilərsiniz. Növbəti məqalələrimizdə bildirçin biznesi üzrə yatırımlar, gəlir və xərclərlə sizi tanış edəcəyik.

Sonda bunu da qeyd edək ki, bu quşların biznesindən çoxlu gəlir əldə etmək sitəyirsinizsə, onlara düzgün qidalar verməli və baxımı ilə düzgün məşğul olmalısınız.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: