Bildirçinlər üçün qəfəslər

Bildirçin ətinin və yumurtasının dadlı və faydalı olmağı hər kəsə məlumdur. Bildirçinləri açıq həyatyanı sahədə saxlamaq təhlükəsizlik və iqtisadi cəhətdən düzgün hesab edilmir. Bildirçinlər çox kiçik olduqları üçün kiçik yarıqlardan, açıq qalmış sahələrdən kənara asan çıxa bilərlər. Buna görə də bildirçinləri açıq həyətyanı sahədə deyil, ya binaların daxilində döşəmə üstündə, ya da qəfəslərdə saxlayırlar.
Bildirçin qəfəsi adətən 1, 2, 3, 4, 5 mərtəbəli düzəldilə bilər. Qəfəsləri düzəldərkən 1-ci mərtəbədəki qəfəs döşəmədən ən azı 40-80 sm hündürlükdə yerləşdirilməlidir ki, bildirçinlər döşəmədən soyuqluq, nəmlik çəkməsinlər və döşəmənin təmizlənməsinə, dezinfeksiyası, deratizasiyası və dezodorasiyası zamanı işin aparılmasına mane olmasın. Qəfəsləri düzəldərkən adətən ölçüsü 20×40 mm olan dirəklərdən, üzəri sink metalı ilə işlənmiş metal torlardan istifadə edirlər.
Bildirçin qəfəsi
Qəfəsin alt hissəsini (peyin qəbulu üçün tavaları) düzəldərkən yaxşı olar ki, şüşə plastik materiallardan istifadə edilsin. Bəzən altlıq tabaqlar DVP və faner materillardan düzəldilir. Bu həm suya qarşı dözümsüz olur, pis təmizlənir, dezinfeksiya işlərinin aparılmasına çətinlik törədir. Qəfəsin döşəməsi üçün ölçüsü 10×10 mm olan tordan istifadə edilir. Bildirçinlərin yem və su qəbul etdiyi sahədə isə torun göz-cüklərinin ölçüsü (Şəkil 3, 4, 5, 6) bir qədər böyük 20 x40 mm olmalıdır. Ətlik istiqamətli bildirçinlər üçün bu sahə 20 x 50 mm təşkil etməlidir.
Fermerlər adətən bildirçinləri 3-5 həftəlikdən sonra qəfəsə keçirirlər. Yem qabları bu zaman yumurta qəbulu üçün hazırlanmış sahəyə yerləşdirilir. Altıncı həftədən sonra yem qabları qəfəsin döşəməsindən 30 mm hündürlükdə yenidən quraşdırılır. Qəfəsin döşəməsi bütün qəfəslərdə adətən 70 maili olmaqla düzəldilir ki, yumurtalar yumurta qəbulu üçün yaradılmış sahəyə yuvarlansınlar.
Binalarda bir ədəd beş mərtəbəli bildirçin qəfəsi yerləşdirmək üçün 50×200 sm sahə tələb olunur. Qəfəslər həmən sistemlərdən ən azı 0,5 metr məsafədə yerləşdirilməlidir. Bu ölçü əsasında binada nə qədər belə qəfəs yerləşdirmək mümkün oldu-ğunu müəyyən etmək olar.
Yapon bildirçinləri 35-45 günlükdə cinsi yetişkənliyə çatırlar. Erkəklər bərkdən qışqırmağa, dişilər isə sakit-sakit fitlə çağırmağa başlayırlar. Bildirçin əti öz kimyəvi tərkibinə görə, kənd təsərrüfatı heyvanlarının və ev quşlarının ətindən fərqlənir. Bildirçin ətində yağların miqdarı çox azdır, 8 həftəlik bildirçinin ətində əvəz olunmayan aminturşuların miqdarı isə çoxdur.