Biləsuvarda sahələrdən hər gün 580-600 ton pambıq yığılır

Biləsuvarda pambıq yığımının sürəti günbəgün artır. Ötən il sahələrdən 30 min 249 ton məhsul toplayan fermerlər cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları az vaxtda sahələrdən 21 min 453 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər. Yığılan məhsulun 19 min 844 tonu maşınların köməyi ilə toplanılıb.

Biləsuvar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il biləsuvarlı pambıqçılar 10 min 61 hektar sahədə pambıq yetişdiriblər.
pambıq

Toxum səpinindən tutmuş yığım gününə kimi bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən sahələrdə məhsul boldur. Yetişmiş məhsulu qısa müddətdə toplamaq üçün işə 2990 nəfər işçi qüvvəsi cəlb olunub, 49 ədəd ən müasir kombayn və yığım üçün lazım olan digər texnika məhsul istehsalçılarının ixtiyarına verilib. İşin yaxşı təşkili nəticəsində pambıq sahələrindən hər gün 580-600 ton məhsul toplanılır.

Qabaqcıl pambıqçı Fərhad Bağırov uzun illərdir pambıq əkini ilə məşğul olur. Pambığın becərilməsində yaxşı təcrübəsi olan fermer illəri bir-birindən yüksək göstəricilərlə başa vurur. Torpaq sahibi ötən il becərdiyi sahənin hər hektarından 43 sentner məhsul götürüb.

“Bu il 20 hektar sahədə pambıq becərmişəm. Müqavilə bağladığım şirkət tərəfindən lazımi texnika, toxum, gübrə və kimyəvi preparatla vaxtlı-vaxtında təmin olunmuşam. Becərmə vaxtında bütün aqrotexniki tədbirləri nümunəvi qaydada həyata keçirdiyimdən bu il də sahəmdə məhsul boldur. Hər il olduğu kimi, bu mövsüm də məhsulu maşınlarla yığıram. İndiyədək sahədən 60 ton pambıq toplamışam. Hər hektarın məhsuldarlığı 30 sentner olub. Hələ plantasiyada pambıq çoxdur. Əminəm ki, yığımın sonunda məhsuldarlıq 45 sentnerə çatacaq. Dövlətimiz tərəfindən pambıqçılara verilən əlavə güzəştlər bütün məhsul istehsalçıları kimi mənim də işə olan marağımı artırıb. Göstərilən dəstəkdən bəhrələnərək gələcəkdə əkin sahəsini daha da artırmaq fikrindəyəm”, – deyə fermer bildirib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673