Bill Qeytsin “super inəkləri”

Elə bilirdim tək mənəm proqramçılıqdan aqrosektora meyl edən. Məşhur Bill Qeyts də deyəsən kənd təsərrüfatının əhəmiyyəti və prespektivini başa düşüb. Özü də ən çox böyüyən heyvandarlıq işinə yatırım edir. Bundan sonra heçkim məni qınamasın, ki əlində gül kimi peşən var. Əvvəlki məqalələrdə qeyd etmişik ki, yerli heyvanlar günlük 10-15 litr süd veriminə malikdir. Xarici cins heyvanlar isə 20-30 litr süd verə bilir.

Amerikalı milyarder və “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts indiki fərdlərdən 4 dəfə artıq süd verə biləcək “ideal inəklər”in yaradılmasına 40 milyon dollardan çox vəsait yatırıb.

agroexpert.az “Business Insider”ə istinadən xəbər verir ki, “GALVmed” qeyri-kommersiya şirkəti və Edinburq Universiteti hazırda mal-qara üçün genetik tədqiqatlar və vaksinin yaradılması ilə məşğul olur.

Layihənin planına yüksək temperatur şəraitində yüksək məhsuldarlıq və davamlılığa nail olmaq üçün Avropa və Afrika fərdlərinə məxsus xüsusiyyətlərin bir inəkdə birləşdirilməsi ideyası daxildir.

“Burada xərclənmiş hər bir dolların səmərəliliyi çox yüksəkdir. Biz eyni davamlılıqla dörd dəfə çox süd verə biləcək inək əldə edə bilərik”, – deyə Qeyts bildirib.

Biz də ümid edirik ki, Microsoft şirkətinin bu super inəkləri qlobal ərzaq təhlükəsizliyi probleminin həllində xeyli dəstək olar. Ən yaxşı südlük inək cinsləri haqqında bu məqaləmizi oxuya bilərsiniz.

super inəkləri

Report.az

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!