Bitkilər Məqalələr

Bir az iynəyarpaqlı bitkilər haqqında maraqlı…

Planetimizdə təqribən 600 növ iynəyarpaqlı bitkiyə rast gəlmək mümkündür. Onların arasında həm cırtdan kollar, həm də nəhəng ağaclar var. Bu gün biz sizə ən qəribə iynəyarpaqlı bitkilər haqqında maraqlı məlumat və onların rekordlarından təqdim edirik.

İynəyarpaqlı bitkilər

iynəyarpaqli bitkilərİynəyarpaqlı bitkilər Antarktida, Qrenlandiya və Şimal Buzlu okeanı adalarından başqa dünyanın hər yerinin təbii şəraitinə uyğunlaşıb. Onların əksəriyyəti həmişəyaşıl bitkilər sayılır. Lakin iynəyarpaqlı bitkilər qış mövsümündə iynələrini tökür.

İynəyarpaqlı ağac və kollar hətta çox şiddətli şaxtalarda, kökləri donmuş torpaqdan su içə bilməyəndə belə iynələrini qoruyub saxlaya bilir.

Forması sayəsində iynəyarpağın səthindən daha az su buxarlanır. Bundan əlavə, hər bir iynə qalın mum qatı ilə örtülüb, bu isə onun soyuqlara və “qış quraqlığına” davam gətirməsinə kömək edir.

Bitkinin növündən asılı olaraq, onun iynələrinin 2 ildən 15 ilə qədər ömrü olur. Yalnız qara şam ağacı payız mövsümündə başqa ağaclar kimi saralır və iynələrini tökür. Əgər bitki iynəyarpaqlı sayılırsa, deməli, onun iynələri olmalıdır.

Halbuki  bəzi iynəyarpaqlı bitkilərin adət etdiyimiz iynələri yoxdur. Məsələn, sərv ağacının iynəvari yarpaqları o qədər kiçikdir ki, demək olar, görünmür.

Budaqlara kip yapışan bu yarpaqların səthi sanki xırda yaşıl kirəmitlə örtülüb.  Tuya ağacının budaqlarında da iynələrin yerinə bambalaca pulcuqlar bitir.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: