Bir sərvət dəyərində olan pişik cinsləri
Dünyada 250 -dən artıq pişik cinsi var. Tüksüz və tüklü, ərköyün, həssas və sərbəst kimi müxtəlif xüsusiyyətlərdə olan cinslər. Agroexpert.az dünyadaki pişik növlərinin ən ekzotik olanlarının qiymətlərini sizlər üçün araşdırıb.
Şotlandiya pişiyi 
Bu pişiklər son dərəcə ağıllıdır. Asanlıqla uyğunlaşır və hər zaman oynamağa hazırdırlar. Şotlandiya pişiyinin digər əsas bir xüsusiyyəti isə arxa ayaqları üzərində dayana bilməsidir. Bir bala Şotlandiya pişiyinin qiyməti 200 $ ilə 1500 $ arasında dəyişir.
Himalay pişiyi
Fars pişiyinə çox bənzəməsinə baxmayaraq onu fərqləndirən məqamları mavi gözləridir.Üzü, ayaqları, qulaqları və quyruğu tünd rəngdədir. Himalay pişiyi yumşaq xasiyyətli, həssas, itaətkar və səmimi pişikdir. Bir bala pişiyin qiyməti 500 $-dan 1500 $-a qədər dəyişir.
Elf pişiyi
Bu Elf pişiyi inanılmaz dərəcədə səmimi, ağıllı, ünsiyyət quran, maraqlı və fədakardırlar. Bu bənzərsiz pişiyi almaq üçün 2000 $ kimi bir büdcəyə sahib olmalısınız.
Peterbald
Bu zərif pişiklərin incə gövdələri, uzun başları və geniş qulaqları var. Bədənləri tüksüz yada alabəzək tüklü olur. Bu pişiyin dəyəri 400 $ ilə 1200 $ arasında dəyişir.
Misir pişiyi
Bu pişiklərin görünüşü qədim misir dövründən bu yana 3000 il ərzində çox az dəyişib. Yalnız xallı tükləri deyil, eyni zamanda xallı cildləri də var. Qədim misir pişiyinə sahib olmaq üçün 500 $ ilə 1500 $ qədər pul ödəmək lazımdır.
Rus mavisi pişiyi
Ən populyar qısa tüklü pişik növlərindən biridir. Bir inanca görə bu cins pişik evə uğur gətirir. Bu şanslı cazibəni 400 $ ilə 2000 $ arasında bir qiymətə əldə edə bilərsiniz.
Norveç meşə pişiyi
Gözəl və tüklü bu pişik növü ecazkar bir ovçudur. Bir bala pişiyin qiyməti 600 $ ilə 3000 $ arasında dəyişir.
Khao Manee pişiyi
Qədim Siamda Khao Manee pişiyi yalnız kral ailələrində yaşayırdı və şans, uzun ömür və zənginlik rəmzi kimi qəbul edilirdi. Bu şanslı cazibə 7000 $ ve 11000 $ qədər çıxan bir qiymətə sahibdir.
Benqal pişiyi
Bu pişiklər üzməyi sevir. 8 kq-ə qədər çəkilərinə baxmayaraq adətən sahiblərinin çiyinlərinə dırmaşırlar. Bu müdhiş mini bəbirin qiyməti 1000 $ ilə 4000 $ arasında dəyişir.