Bişirildikdə daha faydalı olan tərəvəzlər

Adətən çiy tərəvəzlərin daha qidalandırıcı olduğuna inanırıq. Amma, bu hər zaman belə deyil. Bəzi tərəvəzlər, bişirildikdən sonra içərisində yüksək miqdarda qidalandırıcı maddə alınır. Agroexpert.az bişirildikdə daha faydalı olan tərəvəzlər haqqında məlumatı təqdim edir.

terevezler

Çiy tərəvəz və meyvələrin bir çox növü sağlamlığınız üçün vacibdir. Ancaq çiy olaraq istifadə etdiyimiz bəzi tərəvəzləri bişirdikdə daha faydalı olur.

Yerkökü

Kökün qidalılığın itməməsi üçün onu buxarda bişirmək lazımdır.
Yerkökü bişirildikdən sonra daha çox beta karoteni sərbəst buraxır. Beləliklə, bədənimiz sağlam görmək, sağlam dəri və güclü immunitet sistemi üçün lazım olan A vitaminini istehsal etmiş olur.

Yaşıl yarpaqlı tərəvəzlər

Salata çiy kələm əlavə etməyiniz sağlamlıq baxımından yaxşı deyil. Lif ilə yüklənən bu tərəvəzə yarpaqları yüksək dozalarda alındıqda mədə və böyrək problemlərinə səbəb ola biləcək bir növ turşu daxildir. Böyük miqdarda tünd yarpaqlı göyərti qəbul edəcəksinizsə, onları bişirmək ən yaxşısıdır.

Qulançar

Qulançarı çiy yedikdə yaxşı dadı olsa da, bişiriləndə daha qidalandırıcı olur. Bu bitkini bişirmək qida maddələrinin bəsləyiciliyini artıracaq.

Pomidor

Araşdırmalara görə pomidorlar, stressi azaldan və ürək sağlamlığını yaxşılaşdıran bir antioksidant növünü saxlayır. Bişiriləndə bu maddələri daha çox ifraz edir.

İspanaq

Eynilə tünd yarpaqlı yaşıllıqlar kimi çiy ispanağa da asit turşu daxildir. İspanağı qızdıraraq bu toksini parçalaya bilərsiniz.

Həmçinin ispanağı qızdırarkən A və E vitaminləri almış olarsınız. Buxarda bişirmək, qida maddələrini itirmədən ispanağı bişirməyin ecazkar bir yoludur.

Badımcan

Çiy badımcan yemək həzm sistemi ilə əlaqədar problemlərə yol açır. Pis yan təsirlərini yaşamamaq üçün badımcanı bişirin.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика