Məqalələr Sağlam qidalanma

Bitki çayları..Faydaları və hazırlanma qaydası

Bitki çayları sağlamlığın qorunmasında, çəki atmaqda, immunitet sisteminin gücləndirilməsi, bəzi xəstəliklərinin müalicələrində istifadə edilən ən mühüm alternativ tibb üsullarından biridir. Evdə dəmlənən bitki çayları ilə uzun illər gənc qala bilərsiniz. Hansı bitki çayının nəyə yaxşı təsir etdiyini, hazırlanma qaydasını və nə qədər içmək lazım olduğunu bilmək vacibdir. Ən çox üstünlük verilən bitki çaylarını bir-bir sıralazmadan əvvəl “hər şeyin çoxu zərərdir” deyərək xatırlatma edək.

Yaşıl çay

Faydaları: Güclü bir antioksidant olan yaşıl çay günümüzdə ən çox işlədilən bitki çayları arasındadır. Metabolizmi sürətləndirməsi ilə populyarlığını daha da artırmışdır. Bunlardan başqa, immunitet sistemini gücləndirir, qan təzyiqini aşağı salması kimi saymaqla bitməyən faydaları olan yaşıl çayı yenə də nəzarətli içməkdə fayda var. İçərisində kofein olduğunu unutmamaq və gündəlik təklif edilən miqdardan artığına çıxılmamalıdır.

Hazırlanma qaydası: Bir stəkan isti suya bir paket yaşıl çay atıb 4-5 dəqiqə gözlətdikdən sonra paketi sıxmadan çıxardın. Yaşıl çay 80-85 dərəcəlik suda dəm aldığı üçün çayı suyun içinə qaymadıqdan bir az sonra atmaq lazımdır. Acı olmaması üçün həddindən artıq saxlanılmamalıdır və gün ərzində çox istifadə edilməməlidir. Yaşıl çayı sadə içməkdə çətinlik çəkirsinizsə yüngül ətiri olan yasəmənli ya da bol C vitamini anbarı olan nanə limonlu variantları sizin üçün bir alternativ ola bilər.

Adaçayı

Faydaları: Gündəlik təklif edilən istifadə miqdarına diqqət edildikdə adaçayı son dərəcə faydalı bir bitki çayıdır. Adaçayı beyin funksiyalarını da inkişaf etdirən möcüzəvi faydaları saymaqla bitmir. Boğaz ağrısına yaxşı təsir etdiyi ən çox bilinən xüsusiyyətidir.

Hazırlanma qaydası: Bir stəkan isti suya bir paket adaçayı atıb dəm alqıda çıxarın. Çay paketini 5 dəqiqədən çox gözlətməyin. Boğazı daha da yumşaltması üçün ilındıqda bir qaşıq bal əlavə edərək içə bilərsiniz.

Çobanyastığı çayı

Faydaları: Sakitləşdirici xüsusiyyəti sayəsində yuxusuzluğa da yaxşı təsir edən çobanyastığı çayını ağır bir günün ardından stress atmaq üçün içə bilərsiniz.Çobanyastığı çayı həmçinin immunitet sistemini qüvvətləndirir.

Hazırlanma qaydası: Çobanyastığı çayını dəmləmək üçün bir stəkan qaynar suya bir paket çayı qoyub, 3-5 dəqiqə dəmləyib paketi çıxarın. İstəsəniz dadlandırmaq üçün bir çay qaşığı bal da əlavə edə bilərsiniz.

İtburnu çayı

Faydaları: İtburnu çayı yüksək miqdarda C vitamini daşıdığı üçün immunitet sisteminin güclənməsində və soyuqdəymə müalicəsində böyük bir köməkdir. Həmçinin sidik yolu xəstəliklərinə qarşı da köməkçidir.

Hazırlanma qaydası: Təbii bir antioksidant olan itburnu çayını gündə 2-3 stəkan istifadə edə bilərsiniz. Hazırlaması digər bitki çayları ilə eynidir. Bir stəkan isti suya bir paket itburnu çayını atıb 3-5 dəqiqə gözlədikdən sonra paketi çıxarın.

Cökə çayı

Faydaları: Cökə çayını, qış aylarında sıxlıqla qarşılaşılan xəstəliklərə qarşı evdə saxlamaq sağlamlığınız üçün yaxşı ola bilər. Cökə çayı boğaz ağrısına və öskürəyə yaxşı təsir edir, limon ilə qarışdırıb içdikdə immunitet sistemini qüvvətləndirir. Eyni zamanda, sinirləri sakitləşdirir və yaxşı yuxuya kömək edir.

Hazırlanma qaydası: Cökə çayını digər bitki çayları kimi dəmləyin. İsti suya atıb dəmləmək və yenə çox gözlətməmək lazımdır. Qaynadıldıqda cökə çayının vitaminləri itir. Həmçinin bir paket çayı bir dəmləməlik istifadə etmək lazımdır çünki ilk dəmləmədə içindəki bütün vitamin, mineral və ətirlərini qoyur. Cökə çayına limon və bal da olduqca yaraşır.

Kətan toxumlu çay

Faydaları: Kətan toxumlu çay, bağırsaqları işlədir, həzmi asanlaşdırır. Sidik yollarına olduğu kimi, boğaz ağrısı və öskürəyə yaxşı təsir edir. Demək olar ki, hər bitki çayında olduğu kimi, immunitet sistemini qüvvətləndirir. Kətan çayını digər bitki çayları kimi dəmləyin. Ancaq çox istifadə etməyin. Artıq istifadə etdikdə həzm problemlərinə yol aça bilər.

Hazırlanma qaydası: Digər bitki çaylarını istifadə etdiyiniz kimi istifadə edə bilərsiniz. Ancaq çay paketini uzun müddət suda saxlamağınız çayın ağır, ya da acı bir dadı olmasına səbəb ola bilər. Bu da bu çayı içməyi çətinləşdirir.

Qeyd: Bütün bitki çayları hər hansı bir xəstəliyi olmayan şəxslər tərəfindən istifadə edilməlidir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: