Bitki mənşəli “balıq” – ətə alternativ yeni məhsul
Dünyada ət alternativlərinin populyarlığı artmaqdadır.
İstehlakçılar artıq daha çox müxtəliflik tələb edirlər. İndi bitki mənşəli balıqlar növbəti tendensiyaya çevrilir və şirkətlər dəniz məhsullarını təqlid edən yeni qida məhsulları hazırlamağa başlayırlar.
Startaplar və böyük korporasiyalar bitki mənşəli balığa maraq göstərirlər. “Atlantic Natural Foods” 2018-ci ildə soya, maya və günəbaxan ekstraktından hazırlanan, tərkibində heç tuna alternativi olmayan TUNO-nu istehsal etdilər. Keçən il isə “Impossible Foods” bitki əsaslı balıq üzərində işlədiyini açıqladı. “Good Catch” şirkəti isə bu ilin yanvar ayında bitki əsaslı dəniz məhsulları maliyyələşdirmək üçün 32 milyon dollar vəsait cəlb etdi. Hətta “Nestle” də bitki mənşəli tuna salatını buraxmaq istədiyini söylədi.
…..Marketlərdə satılan bu 5 balıq həyatımız üçün təhlükəlidir!
Şirkətlər dəniz məhsulları sənayesində bitki mənşəli alternativlər sahəsini genişləndirməyə meyllidirlər. Son illərdə balıqçılıq sənayesi ekoloji problemlərdən tutmuş civə ilə bağlı narahatlıqlara qədər bir çox problemlə üzləşdi. Bu yaxınlarda koronavirusun ortaya çıxması ərzaq mağazalarında çatışmazlığı ilə birgə əlavə problem yaratdı. Bütün bu amillər istehlakçılarda dəniz məhsulları əvəzinə bitki əsaslı məhsullara da marağın yaranmasına səbəb oldu.

BMT-nin məlumatına görə, dünyanın dəniz balıq ehtiyatlarının demək olar ki, 90% -i hazırda tamamilə istismar olunur. Hətta bir çox ehtiyatlar artıq tamamilə tükənib. Bunda balıqçılıq üçün ayrılan subsidiyaların danılmaz rolu var. Bu statistikanı nəzərə alan “Good Catch” bitki mənşəli balıq məhsullarının istehlakının artmasının balıqların okeanda özlərinə gələ bilməsi üçün vacib olduğunu deyir.
Hazırda, bitki mənşəli dəniz məhsulları sahəsində boşluq var və qida sənayesində olan şirkətlər bu boşluğu doldura bilər. Bitki mənşəli dəniz məhsulları bitki mənşəli ətin ümumi satışının yalnız 1%-ni təşkil edir (9.5 milyon dollar). İstehlakçıların diqqətini cəlb etmək üçün mübarizə aparan şirkətlər alternativ ət bazarına üstünlük verə bilərlər, çünki bu sahə uzunmüddətli inkişaf potensialına malikdir.
İstehlakçılar sağlam ət alternativləri tələb edirlər və bitki mənşəli məhsullar bu siyahıda bir nömrəlidir.
Bitki əsaslı balıq, düzgün miqdarda protein təmin edən təhlükəsiz, tərkibində civə olmayan alternativdir.
Bitki mənşəli dəniz məhsullarının istifadəsi həm suda yaşayan canlıların nəslinin kəsilməsinin qarşısını alır, həm də dənizlərin ekoloji təmizliyini qorumağa kömək edir. Dənizlərə, okeanlara tökülən tullantıların sayı azalır.
Həmçinin bitki mənşəli dəniz məhsullarının digər üstün cəhəti isə daha uzun saxlanma müddətinə sahib olmalarıdır. Bitki mənşəli dəniz məhsulları daha gec xarab olurlar. COVİD-19 pandemiyası bu məhsullara marağın artmasına təkan verəcək.
