Bitki xəstəliklərinə qarşı bioloji mübarizə üsulları

Bitkilərin xəstəlik və zərərvericilərinə qarşı canlı orqanizmlərdən və onlardan alınan məhsullardan istifadə etməklə mübarizə aparılması bioloji mübarizənin əsasını təşkil edir.

Bioloji mübarizə metodlarının başlıca istiqaməti zərərli orqanizmlərin təbii düşmənlərindən istifadə olunmasına yönəlmişdir.

Bitki xəstəliklərinə qarşı bioloji mübarizədə antibiotiklər, antaqonistlər və hiperparazitlərdən istifadə edilir.

Xeyirli mikroorqanizmlərin, torpaq humusunun mikroflorasının və bütövlükdə biosferanın qorunmasında bioloji mübarizə tədbirləri yeganə vasitə hesab edilir. Zəhərli kimyəvi maddələrin (pestisidlərin) tətbiqi ərzaq məhsullarının, yem bitkilərinin tərkibində yığılır, insan və heyvanlarda müxtəlif fəsadlara səbəb olur. Hər mövsümdə yeni adlarda pestisidlər kənd təsərrüfatı bitkilərinə tətbiq edilir.Ərzaq bitkilərində pestisidlərin qalıq miqdarının aşağı salınması və ya tamamilə aradan qaldırılması müasir fitosanitar xidmətin prioritetlərindəndir.

Xəstəliklərə qarşı istifadə edilən bioloji vasitələr aşağıdakılardır:
  • 1. Antibiotiklər;
  • 2. Antoqonistlər;
  • 3. Hiperparazitlər;
  • 4. Bitki mənşəli sair vasitələr.

Antibiotiklər

Elə maddələr hesab olunur ki, onlar bəzi mikroorqanizmlərin həyat fəaliyyəti dövründə əmələ gəlir. Bu maddələrin təsirindən canlıları sirayətləndirən bir sıra xəstəlikləri olan viruslar, bakteriyalar, göbələklər inkişafdan qalır, bəzən tamamilə m əhv olurlar. Təbabətdə antibiotiklərin istifadəsi ötən əsrin 40-cı illərində, bitki mühafizəsində isə 60-cı illərində başlanmışdır.

Antibiotiklərin əksəriyyəti bitkilərin hüceyrə tərkibinə asanlıqla daxil ola bilir.

Bu xüsusiyyət onlardan toxuma daxilində yayılan xəstəlik törədicilərinə qarşı mübarizədə istifadə olunmasını mümkün edir. Antibiotiklər cavan ağaclarda, bitkilərin inkişafının ilk dövrlərində toxumalara daha aktiv daxil olur. Havanın isti və quru olduğu vaxtlarında bu proses daha da intensivləşir. Antibiotiklərin bitkinin toxumalarında parçalanması prosesi 816 gün müddətində baş verir. Lakin bəzi preparatlar (qrizeofulvin) 28-30 günə qədər bitki tərkibində toksiki xüsusiyyətlərini saxlayırlar. Bəzən antibiotiklərin toksiklik qabiliyyəti çox yüksək olduğundan onların bitkilərə m əhvedici təsirinin azaldılması üçün xüsusi tədqiqatların aparılması tələb olunur.

Subtillin 1:100000 nisbətində qarışdırılmasına baxmayaraq, yenə də lobya və taxıl toxumlarının cücərtilərini məhv edir. Klavisin isə 1:1000000 nisbətində qarışığı taxılların köklərinin inkişafının qarşısını alır.

Streptomitsin, tetromitsin, qrizin və b. bitki toxumalarında 5003000 vahid/qram yığılsa belə f əsad vermir. Lakin normanı keçdikdə, bu preparatlar da öz toksiki təsirini göstərir.

Hazırda bitkilərin xəstəliklərdən mühafizəsində müxtəlif antibiotiklərdən istifadə edilir. Bunlardan Aqrisept (37%-li sulfat streptomitsin), Fitomitsin (20% nitrat streptomitsin), Aqrimitsin-100 (sulfat streptomitsinlə terramitsinin qarışığı), Fitostrept qarışığı, Kasuqamitsin, PolioksinD, Validamitsin, Baktofit – Bacillus subtillis, Fitobakteromitsin, Alteritsidlər və s. daha səmərəli vasitələrdir.

Azərbaycanda antibitiklərin bitki mühafizəsində tətbiqi üzrə bir sıra elmi tədqiqat işləri aparılmışdır.

Müəllif: Cəbrayıl Ağayev

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!