Bitki yağı növləri və faydaları

Biz çox vaxt mağazadan bədən üçün faydalı və zəruri olan digər yağların fərqinə varmadan qızartmaq üçün günəbaxan yağı, salatlar üçün isə zeytun yağı alırıq.

Bütün yağlar üç qrupa bölünür: doymuş, doymamış və tam doymamış yağalar.

Onları görünüşlərinə görə asanlıqla fərqləndirmək olar. Doymuş yağlar otaq temperaturunda bərk qalır. Doymamış yağlar isə otaq temperaturunda maye olaraq qalır. Doymuş yağlar heyvan mənşəli yağlar, həmçinin xurma, hindistan cevizi və kakao yağıdır.

Əvvəllər kərə yağını xolesterolun meydana gəlməsinə  və ürək xəstəliklərinə səbəb olduğu deyiliridi. Lakin məlum olub ki, kərə yağı normal xolesterol səviyyəsini qorumağa kömək edir, həmçinin hormonların istehsalına kömək edir. Kərə yağını qida rasiyonundan xaric etmək olmaz, bu depressiyaya səbəb ola bilər. Lakin onu qızartmadan istifadə etməyiniz daha məsləhətlidir.

Hindistan cevizi yağının yaxşı xüsusiyyəti tərkibində “pis” xolesterolun olmamasıdır. Bu pəhriz məhsuludur, vücudumuz tərəfindən mükəmməl əmilir, həzmi yaxşılaşdırır. Müxtəlif bakteriya və parazitlərə qarşı mübarizədə kömək edir. Maddələr mübadiləsini sürətləndirir. Yemək qızartmaq üçün də istifadə edilə bilər. Həm də əla dəri və saç baxımı məhsuludur.

Mono-doymamış yağlara küncüt, zeytun, fıstıq və avokado yağları daxildir.

Bu yağlar tərkiblərindəki Omega-9 yağ turşusu köməyi ilə “pis” xolesterol səviyyəsini aşağı salır, immunitet sistemini və yaddaşı gücləndirir.

Avakado yağı

Avokado yağı tərkibində qiymətli maddələr ilə əsl bir xəzinədir. Tərkibində E vitamini olduğu üçün avokado yağı qocalma prosesini ləngidir və xərçəngin inkişafına mane olur. Tərkibində qan damarlarının divarlarını gücləndirən maqnezium və kalium da var. Yağ turşuları saçın, dərinin və dırnaqların gözəlliyi və sağlamlığı üçün də cavabdehdir. Bir çox digər yağdan fərqli olaraq avokado yağı həm salatlarda, həm də qızartmada istifadə oluna bilər.

Zeytun yağı

Zeytun yağı bir çox vitaminlə zəngindir. Onun tərkibindəki oleik turşu da şişlərin inkişaf riskini azaldır və ürək fəaliyyəti üçün vacibdir. Bir neçə növ zeytun yağı var.

Küncüt yağı

Küncüt yağı yeməkdə, kosmetologiyada və tibbdə istifadə olunur. Tərkibində vitaminlər, Omega-6 və Omega-9 turşuları, maqnezium, kalsium, sink və bir çox digər faydalı maddələr var. Küncüt yağı dəri və saç üçün faydalıdır. İmmunitet sistemini gücləndirir, ürək-damar sisteminin işini yaxşılaşdırır.

Kətan yağı

Kətan yağı ən sağlam və ən az kalorili yağlardan sayılır. Onun tərkibində balıqdan daha çox omeqa-3 yağ turşusu var. Ayrıca, kətan yağı sinir sisteminə yaxşı təsir edir və aktivliyi artırır. Ancaq mütləq bilməlisiniz ki, bu yağ qızdırıldıqda zəhərli olur və buna görə də isti yeməklər bişirmək üçün uyğun deyil.

Günəbaxan yağı

Ən məşhur yağ isə şübhəsiz günəbaxan yağıdır. Təmizlənməmiş günəbaxan yağı təmizlənmiş yağdan daha faydalı olur. Qızartmaq üçün uyğun sayılmır və daha çox salatlarda istifadə olunur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673